main-post-cover

    Mars haqqında daha bir maraqlı fakt

    Digər
    07.05.2017
    Farid Pardashunas
    3.4 milyard il bundan öncə Marsın şimal yarımkürəsində okean mövcud idi və onun sahillərinə nəhəng sunamilər təzyiq göstərirdilər. Bunun fərqinə varmaq heç də asan deyildi. Çünki Marsda dəqiq sahil xətləri qalmayıb. Almaniya, Çin və ABŞ alimlərindən ibarət bir qrup belə qənaətə gəlib ki, Mars minimum iki böyük sunaminin şahidi olub. Həmin sunamilər asteroidlərin sayəsində yaranıb. Bundan əlavə olaraq həmin asteroidlərin toqquşmaları arasında bir neçə milyon il vaxt intervalı olub. Onlar diametri 30 km olan böyük asteroidlər olublar. Onların toqquşmalarından sonra okeandan çox yüksək dalğalar qalxaraq 10-100 km-lik ərazini su altında qoyublar. Su çəkildikdə isə indiki zamanda gördüyümüz landşaftı yaradıb. Marsdakı ilk sunami iqlimin qlobal dəyişməsindən bir qədər əvvəl, ikinci sunami isə planetin bir qədər soyuq dövründə baş verib. Buzlanmış düzənliklərə kimi su çəkilən zaman o artıq donmuş idi. Həmin buz artıqları indiyənə kimi oradadırlar. Alimlər məhz bu cür ərazilərdə həyatın izlərini tapmağı düşünürlər. Alexis Rodriguez və tərəfdaşları bu cür kəşfi planetin Arabia və Chryse düzənliklərini müşahidələri zamanı ediblər. Həmin ərazilərdə uzun müddət anlaşılmayan geoloji fenomenlər var. Belə ki, sözügedən ərazilərdə suyun sanki aşağıya doğru deyil yuxarı istiqamətdə axmış olduğu dərin kanallar mövcuddur. Bu cür hallar Yer kürəsində sunamilər nəticəsində yaranır. Son 3.5 milyard il ərzində Mars nəinki okeanlarını həmdə atmosferini belə itirmişdir.
    Linki kopyala