Mail.ru satılır
Sosial Media
07.05.2017
Farid Pardashunas
MegaFon məsələ ilə bağlı rəsmi məlumat verib.
Belə ki, Rusiyanın böyük mobil operatoru olan MegaFon, "Mail.ru Group" şirkətinin 63.8% səhmlərini alacaq. "Technote.az"ın "MegaFon"a istinadən verdiyi xəbərə əsasən müqavilənin dəyəri 740 milyon
dollar təşkil edir. Onun 640 milyon dollarını MegaFon, müqavilənin bağlandığı
zaman, qalan 100 milyon dollar vəsaiti isə 1 ildən sonra ödəməlidir. Səhmlər, "USM”, "New Media and Technology Investment
LP”, "New Media Technologies Capital Partners Limited” və "Ardobe Finance Limited”qrup şirkətlərdən alınacaq. Yaxın zaman ərzində MegaFon-nun direktorlar şurası,
satışın təsdiqlənməsi üçün səhmdarlar arasında görüş təşkil edəcək. Şirkətlərin məlumatlarına
əsasən sözügedən müqavilə, ortaq layihələrin inkşaf etdirilməsində köməklik edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək