main-post-cover

    "LinkedIn"ə rəqib olan professional şəbəkə: "Relationship Science"

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    1.5 milyon təşkilatdan 5 milyon vacib şəxsə professional şəbəkə yanaşması ilə təqdim edən Relationship Science (RelSci), istifadəçilərə təqdim olunub. RelationshipScience.com veb saytını yayına alan şirkət, istifadəçilərin axtardıqları bir insanla necə bağlantı quracaqlarını göstərir.

    RelSci-ın yeni veb saytı, bazardakı milyonlarca tanınan professional şəxsi tapmaqda sizə köməklik göstərir. Bu sistem həmin şəxslər haqda Wikipedia tipli məlumatlar verməklə yanaşı, onlarla yaxın əlaqədə olan insanların da məlumatlarını özündə əks etdirir. Bu sistemdən pulsuz istifadə etsəniz aylıq 10 nəfərin axtarışını həyata keçirə bilərsiniz. Üzv olmaq üçün aylıq 50 dollar pul ödəməlisiniz. 2010-cu ildə qurulan Nyu York-da yerləşən mərkəz, inkişaf etdirdiyi məlumat bazası ilə yalnız B2B xidmət göstərirdi. Bu günədək 120 milyon dollar yatırım alan startapın yeni veb saytının tezliklə LinkedIn və oxşar şəbəkələrlə rəqabətə girəcəyini demək olar. Hazırda təşkilati müştərilərinə ictimai şəbəkə xüsusiyyətləri təqdim edən LenSci, qısa bir müddət sonra bu xüsusiyyəti fərdi istifadəçilərinə da təqdim etməyə başlayacaq. LinkedIn-ə görə daha geniş detallar təklif edən RelSci, LinkedIn-in çatmayan xüsusiyyətlərini tamamlaya bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər