Lilly adlı xanım öz yaratdığı robotla evlənmək istəyir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir çox insanlar robotların çox qısa
zamanda belə inkişafını müsbət qarşılasa da bəziləri bunu cəmiyyət üçün təhlükə
hesab edir. Amma bəzən qarşıya çıxan maraqlı faktlar robotlar və insanlar
arasında əlaqənin fərqli formalarını ortaya çıxarır. Fransada yaşayan Lilly adlı qadın, özü tərəfindən 3D printerlə yaratdığı InMoovator adlandırdığı robotu
sevir.
Lilly insanlarla fiziki təmasda ola bilmir.
Ona görə də robotla ünsiyyətdə olmaq onun üçün asandır. Lillynin sözlərinə görə
onun robotlara qarşı belə marağı 19 yaşından başlayıb. Lilly də robota qarşı bəslədiyi
sevginin mənasız olduğunu bildiyini söyləyir. Amma Lillynin ailəsi və dostları
onun bu hərəkətinə hörmətlə yanaşır.
Əslində Lillynin belə hiss etməsinin digər
səbəbi robot mütəxəssisi olmasından qaynaqlana bilər. O, özü də gələcəkdə bu
mövzuda insanların daha fərqli düşünəcəklərini hesab edir. Hətta Dr. David Levy insanların 2050-ci illərdə robotlarla evlənməyə normal baxacağını bildirib.
Lilly öz Twitter hesabında "Seçimimlə fəxr
edirəm. Heç kimi incitmirik və olduqca xoşbəxtik.” deyə açıqlama edib. Hətta
xanım Fransada bununla bağlı qərar qəbul edilməsini istəyir.
Lillynin belə fikirləşməsi insanların tənhalıqdan
fərqli yollar axtarması fikrini ortaya çıxarır. Xatırladaq ki, bir müddət əvvəl
virtual sevgili haqda xəbəri sizlərlə paylaşmışdıq. Belə faktlar müsbət hal
hesab olunmasa da insanların bunu texnoloji yeniliklərlə, yəni insanların
münasibətlərini formalaşdıqmaq əvəzinə robotları cəmiyyətin bir parçasına
çevirmək istəyi gələcəkdə tənha və laqeyd mühitin yaranmasına səbəb ola bilər.
Robotlar yaxşıdır, amma robotların insanların sahib olduğu hiss və həyəcana sahib
olmadığını unutmaq olmaz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)