main-post-cover

    LG yeni modeli LG Ray X190\'ı tanıtdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünyanın məşhur firmalarından biri olan LG özünün yeni modeli LG Ray x190'ı tanıtdı. LG V10'u flaqman telefon modeli kimi tanıdan LG, indi də orta seqment üçün LG Ray modelini istehsal etdi.
    15-11/21/lg-ray-batarya.jpg
    5.5 inç böyüklüyündə ekrana sahib olan LG Ray, 720p keyfiyyətə malikdir. MediaTek prosessoru olan telefonda 8 nüvəli 1.4 GHz ilə işləyən MT6592M əməliyyat prosessoru, 1 GB RAM16 GB daxili yaddaş quraşdırılıb.
    Kamera tərəfində isə LED flaş ilə dəstəklənmiş 13 Meqapiksellik əsas kamera və 8 Meqapiksellik ön kameraya sahib olan LG Ray gücünü 3000 mAh həcmində batareyadan alır. Görünüş baxımından LG G3 modelini xatırladan LG Ray eleqant dizayna malikdir.
    15-11/21/lg-ray-on-arka-sdn-1448099430.jpg

    İlk olaraq Rusiya bazarı üçün tanıdılan telefon 232 dollar qiymətində olacaq. Qlobal bazarda satışa çıxarılması barədə dəqiq məlumat verilməyib.
    Linki kopyala