main-post-cover

    LG və iPhone-nun bəzi xüsusiyyətləri Google Pixel üçün aktivləşdirildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bildiyiniz kimi "Google” təqdim etdiyi Google Pixel modeli ilə ağıllı telefon bazarına giriş etdi. Hətta bir müddət əvvəl Google Pixel-in istehsalı ilə "HTC”nin məşğul olacağını bildirmişdik.

    "Google”un yeni tanıtdığı Google Pixel telefonuna yenilənmələr gəldi. Yenilənmiş Google Pixel bəzi xüsusiyyətlərini iPhoneLG modellərindən alacaq. Yenilənmə istifadəçilərin bu marka telefonları daha asanlıqla istifadə etməsinə şərait yaradacaq.
    İlk olaraq Google Pixel, LG modelləri kimi ekrana iki dəfə toxunulduqda kilidi avtomatik açmaq mümkün olacaq.
     

    Digər yenilik isə telefonu olduğu yerdən qaldırdıqda onun aktiv hala gəlməsidir. Hansı ki, bu xüsusiyyət iPhone 6s-də iOS 10 ilə birgə yer almışdı.

    Yenilənmə 261MB təşkil edir. Yenilənməni aktiv hala gətirdikdən sonra Tənzimləmələr > Hərəkət bölümündən "Telefonu idarə etmək üçün iki dəfə toxunun”"Telefonu idarə etmək üçün qaldır” seçimlərini aktiv hala gətirməyiniz kifayətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər