main-post-cover

    LG G4 haqqında hər şey!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Bu məqaləmizdə keçdiyimiz həftələrdə satışa buraxılan LG firmasının ən son flaqman modeli telefonu G4 haqqında danışacayıq. Bir çox sayt və portal üçün 2015-ci ildə satışa buraxılan smartfonlar arasınada ən yaxşısı sayılan G4-ün ilk öncə dizaynı haqqında danışaq.

    Dizayn
    Dizayn cəhətdən G4 özündən əvvəlki model olan G3-ə çox oxşardır. G3 modelində olan alt tərəfdəki gümüşü xətti saymasaq ön profildən tamamiilə eyni dizayna malikdirlər. Əsl dəyişikliklər isə telefonun arxa tərəfində baş verir. Əvvəlki modellərdə olduğu kimi LG yenə telefonun arxa tərəfində əlin işarət barmağının qoyulduğu yerdə səs və güc düymələrinin yerləşdirilməsi burda da öz əksini tapıb. Ancaq bu dəfə güc düyməsi dairəvi yox düzbucaqlı dizayna malikdir və fərqli teksturasının köməyi ilə çox asan fərqlənir.
    Həmçinin G4 üçün dəri və plastik arxa qapaq seçimləri mövcuddur. Plastik qapaqların özlərinə məxsus teksturası olsa da, dəri qapaqlar telefona gözəl bir toxunuş hissi verir. Üstəlik dəri qapaqlar bir çox rəng seiminə malikdirlər.
    Həmçinin G4-ə sağ profildən baxdıqda telefonun biraz əyriliyə malik olduğunu görürük. Lg bunun əldə tutulmanı daha rahat etmək və yerə düşərkən sınmağa qarşı dayanıqlığı artırmaq üçün olduğunu bildirir.
    Fiziki detallarına gəldikdə isə, Lg G4 149.1x 75.3 x 8.9mm ölçülərinə sahibdir. Bu telefon G3 ilə eyni qalınlığa sahib olsa da, en və uzunluq ölçüsü azacıq daha çoxdur. Onu da qeyd etmək lazımdır ki, telefonun 157 qram ağırlığı var.
     
     
     
    Güc
    Lg G4-də Snapdragon 808 prosessoru istifadə olunub. Bu prosessor şirkətin ən son prosessoru Snapdragon 810 modelindən kağız üzərində daha zəif olsa da, gerçək həyatdakı istifadədə heç bir cəhətdən geri qalmır. 20 nanometr dizaynına sahib olan prosessorun 2 ədəd Cortex A-57 və 4 ədəd Cortex A-53 nüvələri vər. Güc tələb edən tapşırıqlar zamanı Cortex A-57 nüvələrini istifadə edən G4, aşağı səviyyəli tapşırıqlarda daha az güc tələb edən A-53 nüvələrindən istifadə edir. Bu sayədə telefonun ümumi batareya ömrü gözəçarpar dərəcədə artır.

    Telefonun qrafik prsessoru üçün isə Adreno 418-dən istifadə edilib. Nisbətdə bu qrafika prosessoru G3-də yer alan Adreno 330 prosessorundan 20% daha güclüdür.



    Yaddaş
    Lg G4-də 3GB LPDDR3 Ram var. 32GB daxili yaddaşa malik olan telefon, 1TB-a qədər də Sd kart dəstəkləyir. 

    Kamera 
    G4-ün ön hissəsində Full HD və 30FPS video çəkə bilən 8MP kamera yerləşir. Arax tərəfdə isə 16MP ölüçlü laser fokus texnologiyalı, 0.2 saniyəyə fokuslama bacarığına sahib əsas kamera var.

    Proqam təminatı
    Lg G4-də Androidin ən sonuncu versiyası Android 5.1 versiyası mövcuddur. Həmçinin Lg bu versiyaya Quick Memo kimi bir çox lazımlı əlavələr edib.
    Batareya
    G4-də eyni G3 kimi 3000 mph batareyaya sahibdir. Ancaq bu yenilənmiş batareyada sürətli dolma kimi yeni funksiyalar əlavə olunub. LG-nin dediyinə görə bu batareya cəmi 30 dəqiqədə 60%-ə kimi dola bilir.
    G4 Pro 
    Həmçinin Lg 2 gün bundan əvvəl G4-ə böyük qardaş sayıla biləcək G4 Pro modelini təqdim edib. Deyilənə görə G4 Pro Snapdragon 820 prosessoru, 4GB ram və 27 meqapiksellik kamera kimi canavar xüsusiyyətlərə malikdir.
    Qiymət
    G4-ün Azərbaycanda təxminən 800-900 manat ətrafında satılacağı düşünülsə də, G4 Pro-nun qiyməti haqqında heç bir məlumat yoxdur.
     
    Bəs sizin fikrinizcə G4 uğurlu modeldirmi?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər