main-post-cover

    "Lenovo" şirkəti, Moto G5 və Moto G5 Plus smartfonlarını təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Moto brendinin sahibi "Lenovo” şirkəti, MWC 2017 sərgisində Moto G5 və Moto G5 Plus modellərini təqdim edib.

    Bu modellərdən başlayaraq şirkət yalnız Lenovo Moto brendi altında öz yeni cihazlarını təqdim edəcək. Hər iki smartfon, metal korpusa və eyni dizayna sahib olmaqla yanaşı həmdə Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Lenovo Moto G5, 5 inç Full HD ekran, 8 nüvəli Snapdragon 430 prosessoru, 2 GB RAM, 16/32 GB daxili yaddaş (microSD özəllikli), 2800 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, yeni smartfonlarda şirkət əsas diqqəti yalnız dizayna deyil, həmdə kamerala ayırıb. Belə ki, keyfiyyətinə görə kameralar, Moto Z Play modelindəkinə bənzəyir. Yəni onlar flaqman səviyyəsindədirlər. Şirkətin məlumatına əsasən sözügedən model 2 gün ərzində rahatlıqla şarjsız çalışa bilər.
     
    Lenovo Moto G5 Plus isə daha təkmilləşdirilmiş texniki göstəricilər ilə qarşımıza çıxır. Belə ki, o, 5.2 inç Full HD ekran, 8 nüvəli Snapdragon 625 prosessoru, 2/4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (Turbo Charging sürətli enerji yığma texnologiyası ilə), 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər