main-post-cover

    Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb

    07.05.2017
    Farid Pardashunas

    Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər.

    Belə ki, kütləsi, bizim Günəşin kütləsindən milyon dəfə çox olan sözügedən qara dəlik öz qalaktikasından uzaqlaşır. Bu hal, "qaçan” qara dəlik fenomeninin ilk sübutudur. Qara dəliyin öz qalaktikasından çıxması üçün yüksək dərəcədə enerji lazımdır. Tədqiqatçılardan ibarət komandanın hesablamalarına görə, qara dəliyin öz qalaktikasından çıxması üçün, yüksək kütləli 100 milyon ulduzun partlaması nəticəsində yaranan enerjiyə bərabər güc lazımdır. Alimlərin fikrincə 1-2 milyard il bundan öncə birləşmiş iki qara dəlik nəticəsində yaranmış qravitasiya dalğaları, sözügedən yüksək kütləli qara dəliyin öz qalaktikasından uzaqlaşmasına səbəb olub. Bu qara dəlik artıq 35000 işıq ili məsafəsini qət edib. Bu göstərici isə Günəş sistemindən Süd yolu qalaktikasının mərkəzinə qədər olan məsafədən qat-qat çoxdur. Hal-hazırda yüksək kütləli qara dəlik, saatda 7.5 milyon km sürətlə kosmosda hərəkət edir. Qeyd etmək lazımdır ki, bu sürət, Yer kürəsindən, Aya, 3 dəqiqə ərzində çatmağa imkan verə bilər.
    Linki kopyala