Kodlaşdırma öyrənmək istəyənlərə yardımçı olacaq saytlar!

Kodlaşdırma öyrənmək istəyənlərə yardımçı olacaq saytlar!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İndiki dövrümüzdə müasur kompyuterlər, son dərəcə inkişaf etmiş cihazlardan demək olar ki, həyatımızın bütün anlarında istifadə edirik. Bu cihazların yaradılmasına 1930-cu ildə başlanıldı, amma onların inkişafı hələ də davam edir. Bu cihazların mükəmməl işləməsi üçün onların təməlində müəyyən kodlar dayanır. Kompyuterlərin gün keçdikcə önəmini artırmaları təbii ki, bu kodları yaza bilənlərin də önəmini artırır. Bu xəbərimizdə sizə ödənişli və ödənişsiz şəkildə faydalana biləcəyiniz və kodlaşdırmanın təməllərini öyrədəcək bir neçə interner sayt haqqında məlumat verəcəyik.
 

 Udacity



İlk həftə ödənişsiz tədris təqdim edən, amma daha sonra ödəniş tələb edən Udacity, Android veiOS sistemlərində kodlaşdırmanı öyrədən bir saytdır. Kodlaşdırmanın təməl prinsiplərindən başlaya bu sayt başlamaq üçün ideal sayılır.
 

 Platzi



Fərqli dillərdə tədris təqdim edən Platzi, kodlama mövzusunda da təcrübəli insanların dərs verdiyi ödənişli portaldır. Platzi 'de Node.js və Sails.jg ilə web proqramların kodlaşdırmalarını edə bilirsiniz.
 

 SitePoint



Ödənişli tədris təqdim edən SitePoint, demək olar ki, bütün mövzuları fərqli hissələr halında istifadəçilərə çatdırır. İçərisində ödənişsiz dərslərdin də olduğu mövzulara HTML & CSS, Java, PHP, Ruby və başqa dillər də daxildir.
 

 Thinkful



Tamamilə ödənişli olan Thinkful, kod yazımını müəllimlə birlikdə öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Bu saytda olan müəllimlərlə tam və ya yarı zamanlı olaraq canlı bağlantı ilə dərslər ala bilərsiniz. Saytın müəllim dəstəyi verməsi təbii ki, qiymətlərə də təsir edir.
 

 Code.org



Tamamilə ödənişsiz olan Code.org, kodlaşdırma mövzusunda təcrübəli olan firmaların CEO 'larından gələn dəstəklə varlığını qoruyan saytdır. Bu sayt vasitəsilə təməl məlumatlardan başlayaraq özünüzü inkişaf etdirə bilərsiniz.
 

 Treehouse



İstifadəçilərinə təqdim etdiyi videolar ilə onlara kodlaşdırmanın və dizaynın təməllərini öyrətməyi qarşısına məqsəd qoyan Treehouse, aylıq ödəniş tələb edən saytlardan biridir. Reallaşdırılmış layihələr üzərindən dərs verərək kodlaşdırmanı ən incə detallarına qədər öyrədir.
 

 Code School



Kodlama öyrədən saytlar arasında ən populyarlarından olan Code School, 1 milyondan çox istifadəçiyə sahibdir. Bütün bu istifadəçilərin Ruby, Java, HTML kimi mövzularda təhsil aldığı Code School müəyyən bir ödəniş qarşılığında təhsil verir. Amma burada ödənişsiz hesab açmaq mümkündür.
 

 Codecademy



Ödənişsiz şəkildə yararlana biləcəyiniz Codecademy, interaktiv proqramları ilə öyrətməyi qarşısına məqsəd qoyub. İstifadəçilərə kod yazılımlarını tamamladıqları təqdirdə müxtəlif nominasiyalar verən Codecademy, belə bir addımla öyrənmə prosesini daha da əyləncəli edir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..