main-post-cover

    Kimdir CEO?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Tanıdığınız insanların sosial şəbəkə profillərinə daxil olan zaman "CEO/Founder at hansısa şirkət” yazıları bəzən sizi təəccübləndirə bilər. Çox insan "CEO”-nun kim yaxud nə olduğunu bilmir.

    Bəs bu CEO nədir? CEO kimdir? "Co-Founder” anlayışı nədir?

    Sualların əvvəl beynəlxalq cavablarını sonra isə lokal cavablarını araşdıraq. Çünki, Azərbaycan elə bir spesifik bazardır ki, burada hər şey hərfi mənada ifadə olunmur.
    "CEO” ingilis dilində "Chief Executive Officer” vəzifəsinin qısaltmasıdır. Yəni, bildiyimiz "CEO” sadəcə bir vəzifədir. Azərbaycan dilinə isə İcraçı Direktor kimi tərcümə olur. İcraçı direktorlar şirkətin rəhbəri və əsas aparıcı işçisidir deyə bilərik. İşçi sözünü qeyd etməyim təsadüfi deyil, çünki bütün işçilər kimi "CEO" da bir işçidir sadəcə vəzifə baxımından digər işçilərdən üstündür. Bəs hər kəs "CEO" ola bilərmi? Ətrafınızda yəqin ki, çox "CEO" ilə qarşılaşmış olmalısınız. Bəs bu vəzifə profilə qoymaq üçünmü yaradılıb? Ümumiyyətlə necə "CEO" olmaq olar sualına cavab tapsaq daha yaxşı olar deyə düşünürən.
     

    CEO olmağın 2 yolu var.

    1. Hər hansı bir şirkətə işə qəbul olub illərini sərf edərək vəzifə yüksəlişinə keçmək və ən sonda hədəfə nail olub həmin şirkətə "CEO" təyin olunmaq. Bu yol nisbətən çətin yoldur və ən əsası bu yol çox uzundur. Bundan əlavə sonda "CEO" ola bilməmək kimi bir ehtimal da var. Çünki, bu yolda "CEO" olunmur, CEO təyin olunur. (bu haqda az sonra)
     
    2. Öz şirkətini yaradıb, özünü öz şirkətində "CEO" elan etmək. Qısa və asan yoldur. Ətrafınızda gördüyünüz insanların əksəriyyəti bu yolla özünü "CEO" edənlərdir. Mən buna "Süni CEOlanma” adını verirəm. Facebookda şirkət səhifəsi yaradıb özünü həmin səhifədə admin edib "CEO" təəssüratı yaratmaq, sadəcə görünüş üçündür. 
    Öz şirkətinin yaxud ən sadə halda startapının "CEO"su olmaq başlanğıcda çox asandır. Edəcəyin iş sadəcə hüquqi şəxs kimi dövlət qeydiyyatdan keçib, özünü yaratdığın şirkətin icraçı direktoru təyin etməkdir. Qeyd etdiyimiz bu 2-ci yolun 1-ci yoldan ( işləyərək yüksəlib vəzifə sahibi olmaq ) əsas fərqi ondan ibarətdir ki, 1-ci yolda öncədən illərini sərf edib işləyirsən və sonda "CEO" olursan. Bu yolun çətinliyi öncədən yaşanılır və sonda mükafat olaraq o vəzifəni qazanırsan. 2-ci yolun çətinliyi isə "CEO" olandan sonra başlanır. Sən "CEO" olursan bu asandır, ancaq sənin çətinliyin qarşıdadır. Əgər sən işləməyib sadəcə ad olaraq bu vəzifəyə sahib olursansa, "CEO" olaraq həmişə ətrafında olan bank işçilərindən də az qazanacaqsan. "CEO" bir titul deyil, "CEO" xalq artisti olmaq kimi bir dərəcə deyil, "CEO" olmaq ağır və çətin bir həyat tərzidir.

    Co-Founder kimdir?

    "Co-founder" şirkəti təsis edən ilk quruculardır. Bu şəxslər öz aralardına müəyyən səs və hissə hüququna sahib olaraq, şirkəti sahibkar kimi idarə edən şəxslərdir. Bəzən "co-founder"lər şirkətdə hər hansı bir vəzifəni də tuta bilirlər. (CEO, CTO, CFO) "Co-founder"in mütləq şirkətin "CEO"su olmaq kimi biri məsuliyyəti yoxdur. "Co-founder"lər yaxud şirkətin idarə heyyəti, şirkətin "CEO" vəzifəsinə hər hansı adi və şirkətlə əlaqəsi olmayan bir adamı təyin edə bilər. "CEO" sadəcə maaşlı işçidir. Bu yuxarıda bəhs etdiyimiz birinci yoldur. Bu yolda şirkət sənin olmur, sən şirkətin olursan. Şirkətinin işçisi olursan.
    Öz şirkətini qurmaq gələcəkdə bu şirkətin sənin olacağı anlamana gəlmir. Bu yol təsəvvür edə bilmədiyiniz qədər uzun və keşməkeşlidir. Normal bir startap başlayan və şirkət sahibi olan "CEO" gələcəkdə satacağı hissələr və idarə heyyətində səs hüququ olan digər investorların təşəbbüsü ilə tutduğu vəzifədən azad ola, idarə heyyətindən kənarlaşdırıla bilər. (Stiv Cobs əyani sübuttdur) Hər 2 yolu seçən zaman "CEO"luğun itirlməsi kimi təhlükə var. Birinci yolda səni təyin edirsən, ikinci yolda sən təyin edirsən. 
    Qlobal baxımından bu işlər sadədir və hüquqi yollarla tənzimlənməsi mümkündür. Azərbaycana gəldikdə isə yenə işlər ənənvi olaraq qarışır. Məsələnin dərininə getsək Azərbaycanda bəlkə də Silicon Vadisindəkindən çox "CEO" var. Bəs bu "CEO"lar həqiqətən "CEO"durmu?

    Azərbaycanda "CEO"lar 5 yerə bölünür.

    1. Müstəqillik dövründən sonra özəlləşdirmə və boş bazarlara daxil olmalar nəticəsində yaranan şirkətlərin dövlət tərəfindən təyin olunan rəhbərləri.
    2. Monopoliya və boş bazarlardan istifadə ilə təsis olunan şirkətlərin "CEO"ları.
    3. Müasir dövrdə varlı ataların oğullarını hər hansı şirkətdə "CEO" təyin etməsi ilə yaranan 3 -cü nəsil son model "CEO"lar.
    4. Aclıqla mübarizə aparan, istedadlı, ölkəni ağ günə çıxarmağa çalışan və heç cür dəstək tapa bilməyən yerli bazarın startap sahibləri.
    5. "CEO" olmaq mətiqilə özünə "CEO" staustu vermək üçün şirkət yaradan "şirkət sahibləri”

    Azərbaycan startapları üçün lazım olan CEO-ların sahib olması gərəkən əsas xüsusiyyətlər aşağıdakılardır:

    1. Yaxşı rəhbər olmalı və kollektivi idarə edə bilməlidir. Ən əsası startap sahibidirsə ilk öncə doğru insanları seçib, güclü bir idarə heyyəti formalaşdırmalıdır. Ölkəmizdə olan startapların 1 nömrəli problemi kollektiv problemidir.
    2. Maliyyənin idarə olunmasın mütləq şəkildə bacarmalıdır. İlk başlarda yanında saxlaya biləcəyin maliyyəçi tapmaq çox çətindir. Bu adamlar nə kollektivə qoşulur nə də verəcəyin dəyərsiz şirkətinin hissələrində maraqlı olur. Bunun üçün "CEO"ya lazım olan ən əsas xüsusiyyətlərdən biri maliyyə bilikləridir.
    3. Satış – "CEO"nu "CEO" edən satış bacarığdır. Stiv Cobs (Steve Jobs) məhsul hazırlamırdı, sadəcə məhsulu yaxşı sata bilirdi.
    4. "CEO" yaxşı HR olmağı bacarmalıdır. Doğru insanları startapa seçmək uğurun əsasıdır desək yanılmarıq.
    5. Kənardan gələn tənqidlər qəbul etmək bacarığı. Azərbaycan bazarında bir layihən varsa, tanıdın tanımadın, bildi və bilmədi hər kəs səni tənqid edə bilər. Bunları qəbul etmək hər "CEO"nun işi deyil.

    Fərid Pərdəşünas
    Technote Ekspert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər