main-post-cover

    Kepler Teleskopu yaşayışın ola biləcəyi planetə olan məsafəni hesablayıb

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Kepler Teleskopu 2009-cu ildə kosmosa göndərilmişdi. Bu günə qədər minlərlə yeni planet, qalaktika, ulduz və sistemin kəşf olunmasında böyük rol oynadı. NASA bütün bunlar haqqında detallı məlumatları hesabat şəklində yayımladı. Hesabatda olduqca mühüm məlumatlar var. Ən önəmlisi insanlığın yaşaya biləcəyi 9 planet olmasıdır. Tapılan planetlərdə su izinə rast gələn Kepler, yaşana bilinəcək ən yaxın planetin isə 11 işıq ili uzaqda olduğunu hesablayıb.

    Araşdırma nəticələrini açıqlayan NASA Ames Araştırma Mərkəzi'ndə işləyən Dr. Batalha, Kepler'in əsas vəzifəsinin "Dünya'da uzaqda yaşam olub olmaması barədə bir dəlil tapmaqdır" olaraq vurğuladı. Kepler'dən əvvəl kəşf edilən planet sayı 3.200 idi. Amma qısa zamanda Kepler 2.325 yeni planet daha kəşf etdi. Təbii ki, bununla kifayətlənməyib yeni planetlərin kəşf olunması da gözlənilir.

    Bugünə qədər Günəş sistemindən kənarda yaşayışın olması daim maraqlı olub və teleskopun əsas məqsədi bütün suallara cavab tapmaq idi. Bütün bunlarla yanaşı Kainatda 10 milyarddan çox yaşayışın olduğu planet olduğu düşünülür.
    Linki kopyala