main-post-cover

    Ken Segall Apple-ı tənqid edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple məhsullarının reklam konsultantı, "iMac” adının, "Think Different” sloqanının və "Insanely Simple” kitabının müəllifi Ken Segall The Guardian qəzeti ilə Apple-ın gələcəyi haqqında söhbət edib. Onun fikrincə Cook və Jobs tamamilə fərqli liderlərdir. Lakin Cook öz güclü və zəif tərəflərini yaxşı bilir. "Baxmayaraq ki, Apple məhsullarının alıcıları bu markanı sevirlər, brendin sədaqətli pərəstişkarlarını bu hal narahat edir. Artıq bir çox insanlar başa düşürlər ki, Tim Cook-un Apple-ı Steve Jobs-un Apple-ı kimi sadə deyil. İnsanlar görürlər ki, hər il daha çox cihaz satışa çıxır. Əksər cihazlar isə əvvəlkilərdən çox da fərqlənmir. Həmçinin yeni cihazların mürəkkəb adları yaranır” – deyə Ken Segall bildirib. Apple hal-hazırda 3 müxtəlif iPhone, 4 müxtəlif iPad və 3 müxtəlif MacBook istehsal edir. Apple Watch-u isə müxtəlif aksesuarlar ilə birlikdə təqdim edirlər. Apple şirkətinin fəlsəfəsi mürəkkəbləşib? Hə yoxsa yox? Bəziləri deyə bilər ki, saatlar dəb dünyasıdır və bu baxımdan müxtəliflik məntiqi cəhətdən düzdür. Bundan əlavə olaraq Apple bu baxımdan artıq böyük uğura imza atıb. Misal olaraq iPod-u gətirmək olar hansı ki, sonradan ayrıca bir cihaz aləsinə çevrildi.
    "Bazar böyüyür və daha mürəkkəb olur. Auditoriya genişləndikcə daha çox cihaz lazım olur. Əgər Apple alıcıların istəklərini nəzərə almasa onlar sadəcə olaraq digər istehsalçıların məhsullarına üz tutacaqlar. Bu proses artıq bir neçə il ərzində gedirdi. O vaxta kimi ki, Apple böyük ekranlı smartfonları satışa çıxartdı. Bəzən elə hiss yarana bilər ki, Apple-ın məhsul müxtəlifliyi çoxdur və anlaşılmazdır. Lakin əslində bütün o məhsulları orta böyüklükdəki stolun üstündə yerləşdirmək mümkündür” – deyə Ken Segall bildirib. Bu cümlələrdə təndiqdən çox Apple biznesinin bəhanəsi əks olunub. Lakin daha sonra Ken tənqidə keçid alıb. Yeni iPhone adları onun heç xoşuna gəlmir. S hərfli modellər istifadəçilərə heç də innovativ gəlmir. Həmin modellər əvvəlkilərdən xırda funksiyalara görə fərqlənirlər. Əgər əvvəllər marketinq şirkətlərində az adam iştirak edirdisə, indi bu digər şirkətlərdə olduğu kimi ağır bürokratik prosesdir. Ken əvvəllər də Apple-ı tənqid edirdi. Lakin o əmindir ki, Apple öz maraqlı və hamıdan fərqlənən dəbini hələ də saxlayır. Hətda Steve Jobsun-un belə marketinq sənayesinin bu cür hörmətli şəxsindən məsləhət aldığını nəzərə alsaq onun fikirlərinə diqqət yetirmək lazımdır. Lakin cihazların adlandırılması hər bir şirkətin problemlərindən biridir. Modellərin az sayda seçimləri alıcıların ürəyincə olmur. Seçim çox olduqda isə alıcılar çaş-baş qalırlar. Hamının zövqünü oxşamaq çətindir. Buna görə də tənqid qaçılmazdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər