main-post-cover

    Kainatın mərkəzi harda yerləşir?

    07.05.2017
    Farid Pardashunas
    "Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç kim cavab verə bilmir. Kainatın mərkəzi, Böyük partlayış nəzəriyyəsinin ən dolaşıq məsələlərindən biridir. Məsələ burasındadır ki. əslində kainatın mərkəzi yoxdur. Əgər biz, standart partlayışı təsəvvür etsək, onda həmin partlayışın mənbəsinin hardasa mərkəzdə olduğunu görərik. Məsələn atəşfəşanlığın fotosuna baxanda və alovların istiqamətlərini görəndə, biz, partlayışın mənbəyini rahatlıqla tapa bilərik. Bundan əlavə olaraq baş vermiş partlayışın mərkəzində temperatur daha yüksək olur. Partlayışın yayılması ilə isə həmin temperatur aşağı düşməyə başlayır. Lakin Böyük partlayış hadisəsi, tipik partlayış olmayıb. Alimlər öz ötürücülərini kainatın müxtəlif yerlərinə yönləndirəndə onlar görürlər ki, faktiki olaraq kainat həmcinsdir. Yəni, kainatda elə bir yer yoxdur ki, orda temperatur, kainatın digər hissələrinə nisbətən yüksək olsun. Bu isə o deməkdir ki, mərkəzin varlığı mümkün deyil. Bunu necə təsəvvür etmək olar?
    Biz bilirik ki, kainat, genişlənmə xüsusiyyətinə sahibdir. Mərkəzi olmayan kainat anlayışını yaxşı başa düşmək üçün genişlənən şar təcrübəsindən mükəmməli yoxdur. Əgər biz, şarın üzərində bir neçə nöqtə çəksək və onu hava ilə doldurmağa başlasaq, onda görərik ki, şar genişləndikcə həmin nöqtələr bir-birindən uzaqlaşırlar. Bu misalda kainat rolunu, şarın səthi çıxış edir. Məhz şar öz deyil, onun səthi, kainatı əks etdirməlidir. Belə ki, əgər şarın özünü kainat kimi təsəvvür etsək, onda genişlənən kainatın mərkəzini məhz şarın geometrik mərkəzində yerləşdirmək marağı yaranacaq. Beləliklə, diqqəti, məhz şarın səthinə yönəldəndə, görmək olar ki, hər bir nöqtə öz qonşusundan yavaş-yavaş uzaqlaşır. Bu halda istənilən nöqtəni, mərkəz kimi qəbul etmək düzgün deyil. İndi isə təsəvvür edin ki, həmin nöqtələr, qalaktikalar rolunu oynayırlar. Və siz həmin qalaktikalardan birinin mərkəzində yerləşirsiniz. Kənarlara baxanda, siz görəcəsiniz ki, digər qalaktikalar müxtəlif istiqamətdə sizdən uzaqlaşırlar və siz özünüz bir növ mərkəz hesab olunursunuz. Və hansı nöqtədə yerləşməyinizdən asılıq olmayaraq siz həmişə kainatın mərkəzi olacaqsınız. Bu termin, məşhur fizik Fred Hoyle tərəfindən irəli sürülmüşdü. Beləliklə o, kainatın yaranması fikrinə öz sarkastik yanaşmasını göstərmişdi. Əgər partlayış olubsa, deməli partlayışın yeri və nədən partladığı faktorları da olmalıdır. Əslində isə genişlənən kainatın mərkəzi olmamalıdır.
    Linki kopyala