main-post-cover

    "John Wick 2" "Blade Runner 2\' "San Andreas 2" filmlərinin premyera tarixləri bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    New Line studiyası "San Andreas" filminin ikinci hissəsi üzərində işlərə start verib. Verilən məlumata görə Dwayne Johnson yenidən baş rolu canlandıracaq. Bundan əlavə ikinci hissədə Carla Gugino və Paul Giamatti-nin də rol almaları gözlənilir. Filmin süjet xətdi hələki bilinmir. Lakin bir şey məlumdur ki, ikinci filmdə baş verəcək hadisələr ilk filmdəkindən daha irimiqyaslı olacaq. Filmin istehsalı ilə Dwayne Johnson-un studiyası Seven Bucks Productions məşqul olacaq. Çox güman ki, aktyor həmdə prodüsserlik öhdəliklərini öz üzərinə götürəcək. "San Andreas 2" 2018-ci ilin yay fəslində böyük ekranlara çıxacaq. Qeyd edək ki, "San Andreas" filmi 2015-ci ildə böyük ekranlara çıxmışdır. Baxmayaraq ki, film aşağı ballara laiq görüldü o 500 milyon dollara yaxın gəlir gətirdi.
     
     
    Alcon Entertainment, Warner Bros. və Sony Pictures şirkətləri məşhur fantastik janrlı "Blade Runner" filminin ikinci hissəsinin premyera tarixini açıqlayıblar. Verilən məlumata görə film 12 Yanvar 2018-ci il tarixində izlıyicilərə təqdim olunacaq. Filmin çəkilişlərinin bu ilin iyul ayında başlayacağı gözlənilir. İkinci filmin rejissoru Denis Villeneuve olacaq. Birinci filmi çəkmiş Ridley Scott isə prodüsserlik işləri ilə məşqul olacaq. "Blade Runner 2" filminin süjet xətdi ilə bağlı hələki heçnə məlum deyil. Çox güman ki, Deckard obrazını yenidən Harrison Ford canlandıracaq. Aktyor daha əvvəllər də qeyd edirdi ki, əgər onu qane edən ssenari olsa o bu rola geri qayıtmağa hazırdır. Qeyd edək ki, "Blade Runner" filmi 1982-ci ildə böyük ekranlara çıxmışdır. 
     
     
    "John Wick: Chapter Two" filmi isə 10 Fevral 2017-ci il tarixində böyük ekranlara çıxacaq. Bu dəfə hadisələr İtaliyanın paytaxtı Roma şəhərində cərəyan edəcək. Təbii ki, Keanu Reeves yenidən John Wick obrazını canlandıracaq. Ikinci filmdə Keanu Reeves-dən başqa baş rolları Laurence Fishburne, Ruby Rose, Riccardo Scamarcio, Peter Stormare canlandıracaqlar. Birinci filmdəki personajların ikinci filmdədə geri qayıdacaqları gözlənilir.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər