main-post-cover

    İtmiş əşyalarınızı tapmağa kömək edəcək startap : e-TAP

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İnsanlar şəxsi əşyalarını itirmək problemi ilə gündəlik olaraq qarşılaşırlar. Bir çox hallarda,  ticarət mərkəzlərini, kütləvi ictimai yerləri və digər məkanları tərk edərkən, əşyalarının yerində olub-olmamağını yoxlamağı unuduruq.

    Eyni yerə qayıdıb, əşyanı həmin yerdə tapmaq  və ya onu tapmış şəxslə əlaqə yaratmaq demək olar ki, qeyri-mümkündür. Yaxud evə gedərkən, yolunuzda qarşınıza çıxan hər hansı sahibsiz əşya ilə necə rəftar etməli və hara müraciət etməli olduğunuzu bimirsiniz. "e-TAP” məhz bu problemi həll etməkdən ötrü, sizə istifadəçi yönümlü, rahat interfeysə malik vebsaytını təqdim edir.


    Əgər sahibsiz bir əşya tapmısınızsa və onu sahibinə qaytarmaq istəyirsinizsə, sayta daxil olaraq tapdığınız əşyanı "tapılan” tipli elan kimi rahat və sadə formada qeydiyyatdan keçirirsiniz. Digər halda, hər hansı əşyanızı itirmisinizsə, onu tapmış şəxsin sizinlə əlaqəyə girə bilməyi üçün, eyni qaydada əşyanızı "itirilən” əşya kimi sayta yerləşdirirsiniz.
    Əşyaları qeydiyyatdan keçirərkən dəqiq məlumatların daxil edilməsi, daha sonra axtarışın filterlər vasitəsilə dəqiqliyini və effektivliyini də artırmış olur. 
    Qeyd edək ki,  "e-TAP" layihəsi 2015-cı il oktyabr ayından etibarən "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"ndə fəaliyyət göstərir. Bu dövr ərzində layihə 2015-ci ildə ADA-nın ev sahibliyi etdiyi WSA 2015 (World Summit Award Nominees) müsabiqəsində "Media and News" kateqoriyası üzrə 1-ci yerə layiq görülmüşdür. Artıq facebook səhifəsi vasitəsilə onlarla insanı öz əşyasına qovuşduran "e-TAP” yeni müstəvidə daha çox uğur qazanmağı qarşısına məqsəd qoyub.
    Layihə Bakı Metropoliteni QSC və Baku City Circuit ilə rəsmi tərəfdaşdır. 



    Linki kopyala