main-post-cover

    İstifadəçilər "Artisto" vasitəsilə videoları da incəsənət nümunələrinə çevirə bilərlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Mail.Ru Group şirkəti iki gün ərzində Prisma fotoservisinə bənzər artıq ikinci tətbiqini təqdim edib. Yeni tətbiq Artisto adlanır. Artisto haqqında məlumatı şirkətin vitse-prezidenti Anna Artamonova öz Facebook səhifəsində paylaşıb. Qeyd edək ki, Mail.Ru Goup şirkətinə məxsus Vkontakte.ru sosial şəbəkəsinin mühəndisləri bir neçə gün bundan öncə Prisma-ya bənzəyən Vinci adlı tətbiqi IOS və Android platformaları üçün təqdim etmişdir. Vinci və Prisma-dan fərqli olaraq Artisto tətbiqinin vasitəsilə istifadəçilər fotoları deyil videoları editləyə bilərlər. Qeyd edək ki, yaxın zaman ərzində bu cür funksiya Prisma-ya da əlavə olunacaq. Artisto hal-hazırda yalnız Android platforması üçün aktivdir. Artamonova-nın sözlərinə əsasən Artisto hələ ki, ideal şəkildə işləmir. Belə ki, tətbiq çox qısa zaman ərzində hazırlanıb. Lakin buna baxmayaraq tətbiqin ideal vəziyyətə gətirilməsi üçün işlər gedir. Artisto-nu bu linkdən yükləyə bilərsiniz.
      
      

    Linki kopyala