main-post-cover

    iPhone telefonda Android istifadə etmək

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Apple istifadəçiləri adətən Android əməliyyat sistemi ilə işləyən cihazları sevmir və istifadə etmirlər. Bunun iki vacib səbəbi var, birincisi Android əməliyyat sisteminin özüdür. iOS əməliyyat sistemi bu şəxslərə hər zaman daha sadə, səliqəli və istifadəyə yararlı gəlmişdir. İkinci səbəb isə Android əməliyyat sistemi ilə işləyən cihazların, Apple-ın verdiyi keyfiyyətdə cihaz istifadə təcrübəsini verə bilməməsidir. 

    Bu nöqtədə Apple istifadəçilərinin də Android əməliyyat sistemi istifadə etməyi seçə biləcəyini düşünən dizayn agentliyi Tendingi, Android əməliyyat sisteminin açıq mənbə kodlu olmasından da faydalanaraq ağıllı bir telefon keysi hazırlamışdır.
    Bu keys, iPhone cihazınızda Android əməliyyat sistemi istifadə etmənizə yarayır. Həm də sadəcə şarj bölməsindən taxdığınız bir naqil köməkliyi ilə. Beləcə iPhone cihazınızda Android əməliyyat sistemini sınaqdan keçirdə bilirsiniz və həm də sevimli markanıza xəyanət etdiyiniz hissinə qapılmırsınız. 

    Bu layihədən də anlaşılacağı kimi açıq mənbə kodlu sistemlər hər zaman proqramçılara fürsətlər verir və bir çox fərqli layihə həyata keçirilir. 3D printerlər ilə telefon keysi yaradın və işləyən əməliyyat sistemi cihazını bu keysə inteqrasiya edin.
    3D printerlər və açıq mənbə kodlu sistem ilə edə biləcəklərinizin sərhəddi olmadığını bir daha görürük.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər