main-post-cover

    iPhone SE almaq üçün 5 əsas səbəb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2016-cı ilin mart ayında Apple növbəti iPhone modelini təqdim etdi. iPhone SE (special edition) adlandırılan bu model iPhone istifadəçilərinin çoxdan gözlədiyi model idi. iPhone 5c təcrübəsindən sonra kifayət qədər uğur əldə edə bilməyən firmanın bu dəfə ki, hədəfi yüksək performansa və ənənəvi iPhone dizaynına malik ağıllı telefonu aşağı büdcə ilə satışa çıxarmaq idi. Yaz konfransında baş tutan tədbirdə Apple, istifadəçilərinin gözləntilərini doğrultmağı bacardı. Mükəmməl dizayn, yüksək texniki göstəricilər və ən əsası sərfəli qiymətilə ənənəvi iPhone yenidən bazara qayıtdı. Bu məqaləmizdə iPhone SE smartfonunu digər iPhone modellərindən fərqləndirən əsas üstünlükləri barədə və bu modeli seçməyiniz üçün 5 əsas səbəbi qeyd edəcəyik.
     
    1. Performans və texniki göstəricilər
    iPhone SE - ucuz və kiçik olmasına baxmayaraq texniki göstəricilərinə görə heçdə iPhone 6s’dən geri qalmır. Sözü gedən modelin daxilində A9 çipi yerləşdirilmişdir. 2 GB RAM’dan güc alan iPhone SE, 5s ilə müqaisədə 2 qat daha sürətli CPU, 3 qat daha sürətli isə GPU (qrafik prosessor) performans ortaya qoyur. Eyni zamanda iPhone SE NFC və Live Photos dəstəklidir. Əgər texniki göstəricilərinə görə güclü, iPhone 6 və 6s-dən fərqlənməyən bir cihaz axtarırsınızsa iPhone SE tam sizə görədir deyə bilərik.

    2. Dizayn
    iPhone SE, dizaynda ən uğurlu olan iPhone 5s modelinin və ölçüsünə görə ən rahat olan iphone 4/4s modelinin ortaq nöqtəsidir deyə bilərik. Apple-in bu addımı atmasında səbəb bu dizaynın daha cəlbdeci olması və kiçik telefonu daha rahatlıqla cibdə gəzdirmək və əldə saxlamağın mümkünlüyüdür. Əgər ənənəvi ölçülü iPhone həvəskarısınıza və texniki cəhətdən 5s və 4s-dən güclü bir telefon axtarırsınızsa iPhone SE sizin üçün ideal seçimdir. iPhone SE "silver", "space gray", "gold", "rose gold" rənglərində satışa çıxarılıb.


    3. Enerjiyə qənaət
    Telefonun batareyasını ən çox istifadə edən hissə? - Bəli, bu ekrandır. iPhone SE modeli ekranın kiçik olması (4 inç) onun bu sahədə liderlərdən birinə çevirir. Apple qeyd edir ki, iPhone SE ən çox enerji saxlayan iphone modelidir. Bundan əlavə 3D touch kimi az istifadə olunan bəzi funksiyaların ləğvi enerji tutumuna təsir göstərir. 1642 mAh tutumlu batareya sizi yanınızda qidalandırıcı adapter gəzdirməkdən xilas edə bilər.

    4. Kamera
    iPhone SE-nin arxa kamerası hal hazırda smartfonlar arasında olan ən keyfiyyətli kameraya sahibdir. 12 meqapiksel iSight kamera ilə iPhone SE 4K videolar çəkə bilir. Bundan əlavə zamana, olduğunuz məkana uyğun müxtəlif çəkim rejimləri də mövcuddur ki, siz bu kiçik iPhone SE vasitəsilə göz oxşayacaq şəkillər çəkə biləsiniz. 1.2 meqapiksellik ön kamera sizə az görünə bilər lakin, ənənəvi iPhone kamerası sizə selfie çəkimləri zamanı keyfiyyətli şəkillər təqdim edəcək.


    5. Qiymət
    iPhone SE Apple-ın ən ucuz modelidir. Lakin digər telefon istehsalçılarında olduğu kimi ucuz olması onun keyfiyyətsiz olması mənasına gəlmir. Telefonun kompakt versiyasının digərlərindən performansda geri qalmaması ilə Apple ilk dəfə belə bir yeniliyə imza atdı. Cəmi 480$ ödəməklə sahib ola biləcəyiniz bu telefonu buradan dərhal Azərbaycana sifariş edə bilərsiniz.

    Ənənəvi iPhone dizaynı, yüksək performans, uzun ömürlü batareya və sərfəli qiymətə ən ideal iPhone seçimi sözsüz ki, SE-dir. Qeyd olunan modeli From.ae saytı vasitəsilə ən sərfəli qiymətə və qısa müddətə əldə edə bilərsiniz. 16 və 64 gb daxili yaddaş seçimləri olan bu smartfonu əldə etmək üçün sayta daxil olub, bəyəndiyiniz modeli səbətə əlavə edərək sizə təqdim olunan nəğd və kartla ödəniş üsulları ilə sifarişinizi tamamlaya bilərsiniz.
    Linki kopyala