main-post-cover

    iPhone dövrünün sona çatması heçdə gec olmayacaq.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    ABŞ-ın fond bazarı 10 sentyabr tarixində Apple şirkəti tərəfindən keçirilmiş vacib təqdimata özünə məxsus reaksiya verib. Yeni iPhone və iPad-dən olan məlumatlar təqdim edilən zaman ərzində Apple və digər ABŞ şirkətlərinin səhmləri aşağı düşürdü. Səhər saatlarında birjalarda müşahidə olunmuş canlanmadan əsər əlamət qalmamışdı. ZeroHedge saytında maraqlı diaqram paylaşılıb. Həmin diaqramda Apple şirkətinin səhmlərinin hansı məhsulun təqdimatı zamanı aşağı düşdüyü göstərilmişdir. Təbii ki, ABŞ-ın səhmlər bazarı Apple-ın təqdimatından asılı deyil. Lakin onuda yaddan çıxartmayaq ki, 1 həftə bundan qabaq Tim Cook-un Çində reallaşan yaxşı satışlar haqqında məktubu ölkə səhmlərinin enməsinə təsir göstərmişdir. Açıq aydın görünür ki, 20 trilyon dollar kapitalizasiyası olan ABŞ bazarı əgər Çində olan yaxşı satışlardan asılıdırsa onda o bazarı stabil adlandırmaq olmaz. Hal-hazırda heç bir bazar stabil deyil. Hətda Apple-ın təqdimatı kimi kiçik bir səbəb qlobal çöküşə gətirib çıxarda bilər. Artıq Apple şirkətinin gələcəyi haqqında daha çox şüphələr yaranır. Dünyanı zəbt etmiş ilk iPhone versiyalarının özəllikləri artıq özünü doğrultmur. Deməli iPhone dövrünün sona çatması heçdə gec olmayacaq. Sizlərə ingilis bloggeri Omid Malekan-ın maraqlı məqaləsini təqdim edirik. Omid öz məqaləsində şirkətin hal-hazırda üzləşdiyi problemlərə toxunub.

    Çox vaxt texnoloji dəyişikliklər insanların onları görmə müddətindən daha tez baş verir. Daha əvvəllər siz və tanışlarınız ünsiyyət vasitəsi kimi AIM proqramından istifadə edirdiniz. Lakin sonradan bu proqram unuduldu. BlackBerry mobil telefonları bir vaxtlar çox məşhur idi. Bu cihazlar da sonradan öz aktuallığını itirdi. Bu cür hadisələr şirkətin öz səhvi ucbatından çox nadir hallarda baş verir. Alıcılar sadəcə olaraq yeni məhsullara doğru irəliləyirlər. Keçən il 6-cı iPhone-nun təqdimatı ilə Apple effektli uğur əldə etdi. Təəssüf ki, yuxarıda sadaladığım hallar baş verəndə bunu heç kim hiss etmir. Demək olmaz ki, Apple öz məşhurluğunun pik nöqtəsini rəqabətçilərin qabağa keçməsi nəticəsində itirir. Həmin rəqabətçilər MSN Messenger və yaxud Hewlett Packard deyillər. Onlar çoxdan bazardan çıxıblar. Bunun əsas səbəbi isə onların müştərilərinin nə istədiklərinin bilməməsi oldu. Apple hal-hazırda bu cür problemlə üz-üzədir. iPhone-nun davam edən uğurunun sona çatmasına əsas təhlükə kimi elə iPhone-nun davam edən uğurudur. Apple şirkəti öz rəqabətçilərindən daha əvvəl başa düşdü ki, daşına bilən cihazlar daha çox modanın bir elementidir və öz məhsullarını bu strategiya üzrə təqdim etdi. Lakin indi iPhone o qədər fərqli qrup insanlarda var ki, bu artıq modanın ön sıraları sayılmır.
     

    iPhone və ümumilikdə bütün smartfonlar üçün sayılan ikinci təhlükə isə ondan ibarətdir ki, Apple və onun rəqabətçiləri öz məhsullarının son versiyalarına ağıla gələn bütün funksiyaları əlavə edirlər. Müasir smartfonlar daha çox cib kompüterinə bənzəyirlər nəinki əlaqə üçün cihazlara. Smartfonların balaca kompüterlərə çevrilməsindən sonra yeniliklər kəmiyyətcə əlavə olunur. Yeni versiya daha sürətli olmaqla yanaşı yaxşı kamera ilə təchiz olunacaq. Lakin onda alıcının texnoloji baxışını tamamilə dəyişəcək inqilabi bir xüsusiyyət olmayacaq. PC bazarında elə bir vaxt var idi ki, Windows-un yeni versiyası və yaxud İntel-in yeni prosessoru inkişafın yeni mərhələsi hesab edilərək satışların yüksək olmasına səbəb olurdu. Daha sonra funksiyalar kəmiyyət baxımından əlavə olundu və PC istehsalçıları bundan çox zərər çəkdilər. Smartfonlar təzə-təzə satışa çıxanda aydın deyildi ki, istifadəçilər interneti olan bahalı tariflərə necə keçəcəklər. Bu prosesi yüngülləşdirmək üçün Verizon və AT&T kimi əsas mobil operatorlar smartfonların satışlarına kömək etmək qarşılığında müştərilər ilə iki illik müqavilə bağlayırdılar. Bu proses iPhone-nun satışına çox böyük köməklik etdi. Bu xüsusiyyətlər artıq əvvəlki kimi nəticə vermir. Belə ki, smartfonlar sənayenin inkişafı üçün aparıcı rola çevrildi. İstifadəçilərin daha bahalı tarif planına keçmələri üçün mobil operatorların smartfonların satışlarına köməklik göstərmələrinə artıq ehtiyyac yoxdur. Mobil operatorlar üçün fərq etmir ki, siz son model iPhone və yaxud iki il bundan qabaq satışa çıxmış telefon işlədirsiniz. Məhz buna görə mobil operatorlar aylıq ödəmə sisteminə keçirlər. ABŞ-ın böyük mobil operatorlarından biri sayılan Verizon bir neçə vaxt bundan əvvəl bildirmişdir ki, şirkət artıq satışlarına kömək etdiyi telefonlarda bütün tarif planlarını ləğv edəcək. Verizon-un bu addımı bütün smartfon istehsalçıları üçün mənfi cəhətdir. Belə ki, ilk dəfə alıcıları mobil telefona nə qədər pul xərcləmək istədiklərinə məcbur etdilər. Əvvəllər satışa çıxan yeni smartfonların qiyməti 200 dollar olduqları vaxtlarda alıcılarda daha bahalı mobil telefon seçməkdə stimul yaranırdı. Lakin indi istifadəçilər köhnə mobil telefonu işlətməklə və yaxud təzəsini almaqla pullarına qənaət edə bilirlər. Əgər alıcı öz telefonunu yenisinə dəyişməsə onda onun abunə haqqı keçmiş telefonun xərcini ödədikdən sonra bir xeyli azalacaq və yeni telefona xərclənəcək vəsait o qədərdə gözə dəyməyəcək.

    Apple bazarda hegemonluq edərək diqqətini öz mobil telefonunda cəmləyir. Məhz buna görə şirkət dəyişikliklərin hesabına çox şey itirəcək. Bu Apple üçün qorxulu olmazdı o halda ki, şirkət qiyməti qalxmış iPhone ilə birlikdə sözün əsl mənasında yenilik təqdim edərdi. Təəssüflər ki, hal-hazırda smartfonlar bir-birilərinə bənzəyirlər və iPhone-nun bu sırada digərlərindən seçilməsi alınmayacaq. Yaxın zamanda alıcılardan yeni mobil telefonlara görə daha çox vəsait tələb edəcəklər. Lakin nəticə etibarı ilə həmin telefonlar ümumi sırada digərlərindən çox da fərqlənməyəcəklər. Son bir neçə həftə ərzində Apple-ın səhmləri digər bazar səhmləri ilə birlikdə eyni səviyyədə dururdu. Bir tərəfdən Apple-ın səhmlərinin bir hissəsinin aşağı düşməsini Çindəki iqtisadi problemlər və Amerika bazarındakı dəyişikliklər ilə əlaqələndirmək olar. Hal-hazırki hesabatlar onu göstərir ki, Apple istehsalçılardan rekord sayda iPhone 6s sifariş verib. Apple-ın digər məhsullar təqdim etməsinə baxmayaraq onlardan heç biri iPhone kimi satış və gəlirə malik deyil. Məhz buna görə yaxın illərdə şirkət öz mobil telefonu ilə ya yaşayacaq yadakı varlığına son qoyacaq. Dell şirkətinin tarixinə nəzər saldıqda açıq aydın görmək olar ki, məhsul adiləşdikdə və rəqabətçilərin məhsullarının qiymətlərinin enməsi ilə yanaşı smartfonlar kimi cihazların bazarda əsas yer tutmaları nəticəsində şirkət səhmlərinin aşağı düşməsi qaçılmaz haldır. Bəlkədə nə vaxtsa gələcəyin mütəxəssisləri Apple və onun iPhone hesabına uğuru barəsində məhz belə fikirləşəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər