main-post-cover

    iPhone-da məlumatların ələ keçirilməsi üçün yeni üsul təqdim olunub (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone və digər mobil cihazlar PC, televizor ekranlarına qoşulma xüsusiyyətinə sahibdirlər. "Aries Security” şirkətinin mütəxəssisləri müəyyənləşdiriblər ki, bu üsulla smartfonlarda və planşetlərdə olan məlumatları ələ keçirmək olar.

    Brayan Markus, Cozef Mlodzyanovski və Robert Rouli "Video Jacking” adlı yeni hücum üsulu hazırlayıblar. Bu hücum istifadəçilər üzərində casusluq üçün nəzərdə tutulmuş saxta USB şarj cihazı vasitəsilə həyata keçirilir. Technote.az-ın "Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən şarj cihazı smartfona qoşulan zaman cihaz, ekranı iki hissəyə ayıraraq smartfonda baş verən bütün prosesi videoya yazır. Bura foto, video, PIN kodların, şifrələrin, bank kartlarının nömrələrinin, elektron ismarıcların yazılması və s. daxildir.
    Mütəxəssislər yeni hücum üsulunu Las-Vegasda keçirilmiş "DEF CON” adlı təhlükəsizlik konfransı çərçivəsində göstəriblər. Onların sözlərinə görə sözügedən üsul iPhone və HDMI girişi dəstəkləyən bir çox Android smartfonlarda çalışır. Mütəxəssislər bunu iPhone 6 modeli misalında nümayiş etdiriblər. Saxta USB şarj cihazları təkcə smartfonlarda deyil, həmçinin naqilsiz klaviaturalardada istifadə oluna bilər. Məsələn keçən il təhlükəsizlik üzrə tədqiqatçı Sami Kamkar KeySweeper adlı cihaz hazırlamışdı. Həmin cihaz "Microsoft”-un istənilən model naqilsiz klaviaturasından məlumatı ələ keçirə, şifrəsini aça, yaddaşda saxlaya və digər şəxsə göndərə bilirdi.
     

     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər