main-post-cover

    iPhone 7 və iPhone 7 Plus modelləri stoklarda tükəndi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Jet Black və Black deyə adlandırılan parlaq və mat qara iPhone 7 və iPhone 7 Plus modellərinin stokları bitib

    "Apple" nümayəndələrinin verdiyi məlumat iPhone 7 gözləyənləri bir qədər kədərləndirə bilər. "Apple"ın yeni nəsil modelləri iPhone 7 iPhone 7 Plus, dizayn baxımından iPhone 6 seriyasından o qədər də fərqlənmir. Bu modelləri bir-birindən fərqləndirən əsas ünsür rəng seçimidir.

    iPhone 7-lərə tələbin artması

    iPhone 7 və iPhone 7 Plus modellərinə yüksək tələb mövcuddur. Xüsusilə Galaxy Note 7 modellərində baş verən partlama faktları yeni modellərə olan tələbi artırır. Həm operatorlar, həm də Apple Store üzərindən verilən sifarişlər "Apple"ın yeni modellərinin stoklarının bitməsinə səbəb olub.

    iPhone 7-lər stoklarda yoxdu

    16 Sentyabr başlaması nəzərdə tutulan ilkin satışlarda, alıcılar ön sifariş verməyiblərsə, yeni modelləri almaq mümkün olmaya bilər. Ön sifarişlərdən stokları bitən "Apple" tədarük işlərinə davam edir. Gələn həftədən qara iPhone 7 modellərini yenidən stoklarda görmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər