main-post-cover

    iPhone 7 satışlarında partlayış yaşanır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-da "T-Mobile"dan sonra bir başqa nəhəng şirkət "Sprint" də istifadəçilərinə iPhone 7 təklif etməyə qərar verdi və keçən ilə nisbətən satışlarında sanki bir partlayış yaşandı.

    iPhone 7 bir neçə gün əvvəl keçirilən mərasimdə bütün dünyaya təqdim edilərkən, Amerika da "T-mobile" üzvləri üçün bu modelin əvvəlcədən sifarişi iPhone 6-ya nisbətən dörd dəfə daha çox olaraq bildirildi.
    İndi isə bir başqa ABŞ-lı Telekommunikasiya nəhəngi "Sprint"in ilk üç günlük ön sifariş rəqəmləri bilindi və keçən ilin modelləri Apple iPhone 6 s və Apple iPhone 6s Plus-a nisbətən, iPhone 7 və iPhone 7 Plus-un 375% daha çox ön sifariş aldığı bildirildi.
    AnTuTu-da 178 min xal alaraq rekord qıran Apple iPhone 7 modeli, həmçinin ilk dəfə IP sertifikatına da sahib olacaq. IP67 sertifikatına görə, yeni iPhone 7 təxminən 1 metr dərinlikdə suyun altında 30 dəqiqəyə qədər qala biləcək. Buna baxmayaraq, əvvəlki xəbərlərimizdən birində də qeyd etdiyimiz kimi, telefon su ilə təmas edərək zərər alarsa bu zaman qarantiya keçərsiz sayılır. Buna görə də çox az istifadəçinin smartfonu suyun altında istifadəsini "yoxlayacağını" düşünmək olar.
     
    Amerikadakı böyük telekommunikasiya şirkətlərinin dördü də istifadəçilərinə  fakturalı(Abunə) xətt ilə iPhone 7 təklif edir və ödənişi də 24 aya bölür. Yəni hər ay telefon borcunuzu ödədikdə, telefonun kreditinin də bir miqdarını ödəyirsiniz.
    Linki kopyala