main-post-cover

    iPhone 7 Pro\'nun dizaynı sızdırıldı.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yapon dərgisi, iPhone 7 Pro haqqında ilkin məlumatların yer aldığı və dizaynının təsvir olunduğu sxematik şəkilləri paylaşıb.

    Keçən ilin payızından bəri yayılan məlumatlara görə Apple növbəti iPhone modelində qulaqlıq girişindən istifadə etməycəkdi. Hətta yayılan məlumatlar Apple'a yaxın olan mənbələrdən gəldiyi üçün insanlar istər istəməz bu məlumata inanırdılar. Qulaqlıq girişini ləğv etmə səbəbi kimi növbəti iPhone modelinin daha incə dizaynda təqdim olunması düşünülürdü. Lakin Yapon dərgisində yer alan və iPhone 7 Pro'ya aid edilən sxematik görüntülərdən ortaya çıxır ki, iPhone 7 Pro sələfi iPhone 6S Plus kimi 7.3 mm incəliyə sahib olacaq. Belə bir vəziyyətə sual yaranır ki, əgər gövdədə incəlmə olmayacaqdısa Apple niyə qulaqlıq girişini ləğv etmək istəyir? Maraqlı bir məqamda ondan ibarətdir ki, sxematik şəkildə yer alan iPhone 7 Pro'nun qulaqlıq girişi yoxdur.



    Sxematik şəkilə nəzər saldıqda digər diqqət çəkən məqamlardan birinin də kameranın olduğu aydın görünür. Yeni model iPhone da iki iSight kameranın yer alması gözlənilir. Şəkildə isə yalnız bir lensin yerləşdirildiyini görmək olar. Lakin bu əsas vermir ki, 2 kamera olmayacaq. Çünki, Apple aldığı yeni bir patentə görə bir lens arxasında iki kamera yerləşdirə bilər. iPhone 7 Pro ilə bağlı əlimizdə olan məlumatlar hələ ki, bunlardır. Nəticə olaraq iPhone 7 Pro, iPhone 6S Plus ilə eyni incəlikdə olacaq və iki iSight kamera yer alacaq modeldə, əlavə olaraq isə qulaqlıq girişi olmayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər