main-post-cover

    "iPhone 7 Plus"un yeni fotosu sızdırıldı. Artıq bu fiziki düymə iPhone-da yer almayacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "iPhone 7 Plus"a aid edilən yeni foto ortaya çıxdı. Fotoda illərdir iPhone istifadəçilərinin əlinin öyrəşdiyi bir düymə artıq yoxdur.

    "iPhone 7""iPhone 7 Plus"un təqdim olunmasına aylar qala dünən sızan "iPhone 7" fotosundan sonra bugün "iPhone 7 Plus"a aid edilən yeni bir görüntü çox böyük söz söhbətlərə səbəb olub. Çin mənbələrində yayılan bu görüntüdə iki lensli kamera ilə yanaşı diqqətdən yayınan bir yenilik daha var. Fotoya diqqətlə nəzər salan zaman "iPhone 7 Plus"-un yan hissəsində fiziki olaraq yerləşdirilən səssizə almaq düyməsi yoxdur. Yeni gələn modeldə "mute" duyməsinin olmaması "iPhone" istifadəçiləri üçün üzücü xəbər ola bilər.
     

    İlk "iPhone" modelindən bu yana bütün "iPhone" modellərində gördüyümüz "mute" düyməsi "iPhone 7 Plus" ilə tarixə çevrilə bilər. Foto rəsmi olmadığı üçün bu mövzuda fikir söyləmək tezdir. Lakin "Apple" şirkətinin ara sıra belə surprizlər etdiyini nəzərə alsaq smartfon istehsalçısından bu addımı gözləmək olar. Lakin mühəndisslərin nə üçün bu addımı atdığına hələ ki, heç bir haqq qazandıra bilmirik. Bir çox "iPhone" istifadəçiləri bu düymə vasitəsilə rahatlıqla telefonu səssizə aldıqlarını nəzərə alsaq, bu addım həmin istifadəçiləri qıcıqlandıracağını da bilmək lazımdır. Çünki, əgər "Apple" bu addımı atsa alternativ kimi daha rahat bir həll təqdim etməlidir. Hər halda sentyabr ayında təşgil olunacaq mərasimində bütün suallara aydınlıq gələcək.


    Linki kopyala