main-post-cover

    iPhone 7 nə dərəcədə gözlənilir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Insurange2Go şirkəti tərəfindən aparılmış müşahidə çərçivəsində 1000 nəfər iPhone istifadəçisindən müsahibə alınıb. Məlum olub ki, onların yarısı iPhone 7-ni anonsdan sonra almağı planlaşdırır. 50% istifadəçilər məhz yeni çıxacaq iPhone-a üstünlük verirlər. 27% istifadəçi digər istehsalçı tərəfindən istehsal olunan smartfonu əldə etməyi, 19% istifadəçi Samsung məhsuluna keçməyi, 8% istifadəçi isə digər fərqli brend smartfonlara keçməyi planlaşdırır. Yerdə qalan 23% iPhone istifadəçisinin fikrincə isə hal-hazırda olan model onları tamamilə qane etdir və onlar yaxın zamanda yeni modelə keçməyi planlaşdırmırlar. Bunun isə əsas səbəbi iPhone 7-nin qiymətcə baha olacağıdır. Bununla yanaşı müsahibə alınmış bəzi istifadəçilər yeni modeli kredit ilə götürməyi planlaşdırırlar. 
    Linki kopyala