iPhone 7 haqqında hər şey
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Hələ təqdim olunmamasına baxmayaraq flaqman telefon haqqında yetərli sayda məlumat var və biz sizi bu məlumatlarla tanış edəcəyik.
- Apple-ın yeni flaqmanı iPhone 7 adlanacaq
- Müxtəlif dioqanala malik iki telefon satışa çıxacaq
Bundan əvvəlki iki ildə olduğu kimi Apple sadəcə iPhone 7 və onun böyük "qardaşı" olan iPhone 7+ satışa çıxaracaq.
- iPhone 7+ da iki obyektivli kamera olacaq
Artıq Samsung bu üsuldan istifadə etməklə öz flaqmanları Galaxy S7/S7 Edge-ləri təqdim edib. Görək Apple bu addıma nə ilə cavab verəcək.
- iPhone 7+ un iki fərqli modeli olacaq
Apple bunlardan birini sadəcə telefonu universallığı üçün sevənləri düşünərək adi bir obyektivli digərini isə fotomanları, instagram fenomenlərini düşünərək iki obyektivli sırf şəkil çəkməyə yönəlmiş formada təqdim edəcək
- iPhone 7+ 256GB flash yaddaşa malik olacaq.
- Kamera artıq korpusdan kənara çıxmayacaq
- Metala yox
Apple artıq telefonun korpusu üçün plastik, aliminium, poladdan istifadə edib. Artıq yeni bir şey fikirləşmək vaxtıdır.
- Korpusdakı plastik xətlərlə vidalaşmaq vaxtıdır
Telefonun korpusunun yeni metaldan hazırlanması bu xətləri aradan qaldırmağa kömək edəcək
- Qulaqcıqların üçün çıxışı unudun
Bu müasirdir, praktikdir və modaya uyğundur. Əslində isə bu xəbər istifadəçiləri özlərindən çıxararaq sevimli 3.5 mm-lık qulaqcıq çıxışlarına toxunmamağı Apple-a tövsiyyə edib
- Daha nazik korpus
Son iki modeldə iPhone çox nazikləşib amma inkişafın sonu yoxdur.
- İki dinamik
Aurio çıxışın ləğvindən sonra korpusun altında boş qalan yeri ikinci dinamik dolduracaq.
- Rəsmi olaraq suya davamlılıq
Testlər göstərdiki Apple iPhone 6S/6S Plusun suya davamlılığı üzərində işləyib lakin heç bir anonsda bu barədə bildirməmişdi. Artıq yeni flaqmanlarda bu xəbəri rəsmi olaraq elan edəcəkləri gözlənilir.
Bir şeyi nəzərinizə çatdırmaq istəyirik ki, bütün sözü gedən məlumatlar sadəcə müxtəlif qaynaqlardan götürülmüş və rəsmi deyildir. Apple-ın yeni telefonlarının necə olacağını özlərindən başqa heç kimi dəqiq bilmir. Təqdimatı sentyabrda olacaq bu flaqmanların qiymətləri əvvəlki illərdəki kimi dəyişilməz olaraq qalacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)