main-post-cover

    iPhone 7 2 kameralı olacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone 7 ilə bağlı yeni iddialar ortaya atılmağa davam edir. İlin ən bəlkə də ən çox maraqla gözlənilən telefonu olan iPhone 7 ilə bağlı xüsusiyyətlərə daha yeni biri əlavə olunub. Uzun müddətdir ki, qulaqlıq girişi mövzusunda radikal dəyişikliklər etmək istəyən Apple, görünür tək bununla kifayətlənməyəcək. Mobil sektorun ən güvənilir analistlərindən olan Ming-Chi Kuo'nun açıqlamalarına görə iPhone 7 Plus modelində 2 kamera texnologiyasından istifadə oluna bilinər. Detallı olaraq Mac Rumors saytında da haqqında danışılan iki kamera texnologiyası ortaq olaraq istifadə edilən kamera deməkdir. Birlikdə yüksək keyfiyyətli şəkillər ortaya çıxaran cüt kamera özəlliyi, bunun sayəsində daha professional fotolar təqdim edir.
    Təbii ki, Kuo'nun tək gözlədiyi yenilik bu deyil. Belə ki, Kuo eyni zamanda cüt kamera özəlliyi ilə bərabər 2x3 optik zoom xüsusiyyətinin də gələ biləcəyini qeyd edir. Beləcə cüt kamera ilə iPhone 7 Plus həm daha geniş şəkillər çəkəcək, həm də şəkilin netliyi ciddi şəkildə artacaq. Kuo'nun bir digər gözləntisi isə iPhone 7'nin iki fərqli modeldə təqdim edilməsi ehtimalıdır. Belə ki, Apple həm cüt kameralı iPhone 7 və normal standart kameralı iPhone 7 istehsal edə bilər.
     
    Təbii ki, bu iddiaların hamısı güvənilən bir analistdən gəlsə də, rəsmi firman heç bir açıqlama vermir. Amma bu da artıq məlumdur ki, hamının gözlədiyi iPhone 7 fərqlidir və şirkət bu il tamamilə dəyişik bir telefon təqdim edə bilər. Bunun ən sadəsi qulaqlıq girişinin ləğv olunmasıdır. Görək, analistin iddiaları nə qədər düzgün olacaq.

    Linki kopyala