main-post-cover

    iPhone 6S\'dən daha sürətli olduğu görünən 6 GB RAM’li Vivo Xplay 5’in videosu yayımlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone 6S'dən daha sürətli olduğu görünən 6 GB RAM’li Vivo Xplay 5’in videosu yayımlandı

    Çinin ağıllı telefon istehsalçısı Vivo’nun 1 Mart 2016-cı ildə təqdim edəcəyi dünyanın ilk 6 GB RAM’a sahib olan ağıllı telefonu Xplay 5’in iPhone 6S’dən daha sürətli olduğunu göstərən bir video paylaşılıb. Çin’dən gələn video, Xplay 5’in doğrudan da sürətli olduğunu göstərir.
    Xatırlayırsınızsa Vivo bu həftənin əvvəli rəsmi Twitter hesabından paylaşdığı şəkillə Xplay 5’in 6 GB RAM’la gələcəyini təsdiqləmişdi . Çinli mənbələrin məlumatına görə telefonda 6 GB RAM ilə birlikdə Qualcomm'un son həlli Snapdragon 820 prosessor, 4300mAh gücündə batareya və 6 düym ölçülü Quad HD (2560 x 1440) ekranı olacaq. Həmçinin cihazda, 16/8 meqapikselə sahib arxa və ön kamera olacaq.

    Texniki xüsusiyyətləri maraq doğuran Vivo Xplay 5, gözlədiyimiz kimi malik  olduğu xüsusiyyətləri doğruldacaq qədər sürətlidir. Aşağıdaki videoda iPhone 6S'lə müqayisə olunann Xplay 5, eyni tətbiqi rəqibinə nisbətən ən az 2 saniye daha  tez açır.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər