main-post-cover

    iPhone 5se\'nin xüsusiyyətləri məlum oldu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple'ın kiçik ekranlı iPhone sevərləri düşünərək istehsal edəcəyi yeni model iPhone 5se'nin xüsusiyyətləri bəlli olub.
    Uzun bir müddətdir ki, Apple'ın 2016-cı ildə iPhone 7'dən əlavə başqa bir kiçik ekranlı model təqdim edəcəyi medianın gündəmindən düşmürdü. Ard-arda gələn sızıntı xəbərləri və son olaraq iPhone 5se'nin sızıntı olaraq paylaşılan videosu bəzi qaranlıq məqamlara aydınlıq gətirdi.
    Xarici görünüşü demək olar artıq hamımıza məlumdur. Əfsənə iPhone dizaynı yenidən geri dönəcək. 4 düyümlük ekran və 4 künc dizayn Apple fanatlarını yenidən sevindirə bilər. Xarici görüşü haqqında kifayət qədər məlumatımız var. İndi isə bu telefonun daxilində nələr olacağına nəzər salaq.
    Apple məhsulları haqqında sızıntı əldə etən məşhur website'lardan biri 9to5mac  bu dəfə iPhone 5se'nin xüsusiyyətlərini paylaşdı. Daha əvvəl TheMobileIindian'dan gələn xəbərlərlə də üst-üstə düşən bu göstəricilər böyük ehtimalla rəsmi göstəricilərdir.
    iPhone 6c adı ilə gələcəyi gözlənilən bu telefon əgər bir son dəqiqə dəyişikliyi yaşamasa böyük ehtimal iPhone 5se adını daşıyacaq.
    • 8 MP arxa və 1.2 MP ön kamera
    • Appleın "Health App"larının ölçümünü həyata keçirmək üçün barometr.
    • Apple pay sistemi üçün NFC
    • A8 və M8 çipləri.
    • 1 GB RAM
    • Bluetooth 4,2, VoLTE, 802.11ac Wifi 
    • "Live Photos" xüsusiyyəti
    • Gümüş, qızılı və Rose rəngləri.
    Qiymətin isə 500-550$ olacağı ehtimal olunur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər