main-post-cover

    iPhone 5, 5S və SE modellərini 20 dollara iPhone 6\'a çevirin

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Apple'ın yeni iPhone SE modelini ya da eyni dizayna malik iPhone 5 və iPhone 5S modellərini yeni dizayn ilə iPhone 6 kimi göstərmək istəyənlər üçün möhtəşəm üsul ortaya çıxıb.

    Bildiyiniz kimi Apple'ın hal-hazırda mobil sahədəki ən son modeli iPhone SE'dir. iPhone 6 və sonrasındakı modellərində 4 düym'lə vidalaşan şirkət, istehlakçıların iPhone'un klassik 4 düym'lük modellərinə olan marağını nəzərə alaraq, texniki xüsusiyyətləri ilə iPhone 6S'ə çox oxşayan bir iPhone 5S təqdim etdi deyə bilərik.

    Dizayn olaraq iPhone 6 və sonrasındakı modelləri sevən, həmçinin 4 düym iPhone istifadə etmək istəyən bir çox insan var. Ya da iPhone SE'nin dizayn  cəhətdən 5 və 5S modellərinə oxşaması, görənlərin SE deyil 5 və ya 5S olduğunu fikirləşəciyi üçün almaqdan çəkinənlər var. (Yəni yeni telefon alıb deyə, köhnəsi kimi görünməyini istəmirlər.)
     

    Bu insanlar üçün Çində istehsal edilən xüsusi korpus vasitəsilə iPhone 5, iPhone 5S ya da iPhone SE telefonunuza iPhone 6 və iPhone 6S görüntüsü vermək mümkündür. Təxmini 20 dollara AliExpress kimi saytlarda satılan bu korpuslar vasitəsilə telefonunuzu iPhone 6 və ya iPhone 6S modelinə çevirmək üçün telefon ustasına və ya telefon təmiri mərkəzlərinə aparmağa ehtiyac yoxdur.
     
    Çünki, alacağınız korpusu, iPhone'nun bütün şuruplarını açaraq, korpusu tamamilə söküb yeni korpusa diqqətli şəkildə yerləşdirmək kifayətdir.
     
    iPhone 5, 5S və SE modellərini 20 dollara iPhone 6'a çevirin


    Təsəvvür edək ki, bu işin öhdəsindən gəldiniz. Artıq telefonunuzun daha həssas olduğunu xatırladaq. Çünki, bu korpuslar iPhone 6 və ya iPhone 6S korpusu qədər dayanıqlı deyil. Amma iPhone 5 və ya 5S sahibi olub "Onsuzda telefonu dəyişdirəcəm, dəyişdirmədən bu üsulu yoxlayım" deyənlər üçün yaxşı üsuldur.
     
    Linki kopyala