main-post-cover

    iOS və Android arasındakı fərqlər və onların üstün tərəfləri

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ağıllı telefonların ən çox mübahisələrə səbəb olan tərəflərindən biri də onun əməliyyat sistemi ilə əlaqəlidir. Bu yazıda sizə iOS və Android arasında olan fərq və üstünlükləri təqdim edəcəyik.

    1. Təhlükəsizlik

    iOS, Androidlə müqayisədə daha təhlükəsiz hesab olunur. Çünki bütün tətbiqlər, musiqilər, fayllar özünəməxsus proqramla həyata keçirilir. Amma bunun da mənfi tərəfləri mövcuddur. Belə ki, öz kompüterinizdən başqa bir kompüterdə məlumat yollamağınız gərəkdiyində bu proqramları endirməyiniz tələb olunur. Bu mövzuda iOS sadalanan xüsusiyyətlərə görə öndə yer alır.

    2. Tətbiqlərin müxtəlifliyi

    Android istifadəçiləri üstünlük təşkil etdiyi üçün Android tətbiq paketləri də sürətlə artmaqdadır. Mənfi tərəfi isə aralarında virus daşıyan proqramların yer almasıdır. Belə olan halda şəxsi məlumatların ələ keçməsi qaçınılmazdır. Android istifadəçisisinizsə, yalnızca tam əmin olduqlarınızı seçməlisiniz. iOS-da isə Android-də olan bir çox təhlükəsiz tətbiq mövcuddur, burdakı fərq isə Android-də belə proqramların çeşidinin çox olması ilə əlaqəlidir. Bu halda Android daha əlverişli hesab oluna bilər.

    3. İstifadə

    Android telefonlarda əsasən birdən çox ana ekran mövcuddur. Bu ekranlara kompüterin stolüstüsü kimi "Widget” deyilən qısa yollar əlavə oluna bilər və menyuya müraciət etmədən tətbiqləri birbaşa açmaq şansınız var. iOS-da isə texnologiya haqda az təsəvvürü olan insanlar belə asanlıqla istifadə edə bilərlər. Tətbiqin hamısının ekranda yerləşməsi işi asanlaşdırır. Bu vəziyyətdə seçimi sizə buraxırıq.

    4. Performans

    Android sistemi Linux üzərində çalışan bir sistem olduğundan məlumatları işləməsi iOS qədər sürətli olmaya bilər. Burda xətalar, donma kimi problemlər yaşana bilir. Burda doğru seçim təbii ki, iOS olması daha məntiqlidir.

    5. Seçimlərdə sərhədlər

    Android-in ən yaxşı tərəfi cihazda bir çox tənzimləmələrin olmasıdır. Məsələn, ekranın parlaqlığını cihazın qoyduğu həddən artıq və ya əksik edə bilərsiniz. Amma iOS tamamilə qapalı sistemdir. Bu seçimdə də Android seçimi daha məntiqlidir.

    6. İstifadə limiti

    iOS yalnızca Apple cihazlarında mövcud olan əməliyyat sistemi olduğu halda, Android ən aşağı səviyyəli telefondan ən yüksək səviyyəli cihaza qədər bir çox fərqli telefon növlərində istifadə olunur.

    7. Yenilənmələr

    iOS, istifadəçisinin tələbləri nəzərə alınaraq davamlı yenilənən sistem olduğundan Android-dən daha üstün hesab olunur.

    8. Çoxlu pəncərə

    Xüsusilə tabletdən çox istifadə edənlərin ən sevdiyi Android xüsusiyyəti onun çoxlu pəncərəyə sahib olmasıdır. Bu sayədə bir çox tətbiqə eyni anda baxa bilərsiniz. Bu xüsusiyyət iOS-da yer almır. Deməli, bu seçimdə də Android daha üstündür.

    9. Kompüterdən tətbiq endirmə

    Telefonunuzda internet paketinizin olmadığı hallarda interneti olan bir kompüterdən Google Play Store-a daxil olub, tətbiqi daha sonra telefonunuza ata bilərsiniz. iOS-da isə bu ancaq telefon vasitəsilə mümkündür. Deməyə gərək yoxdur, amma yenə də bildirək ki, Android bu mövzuda da iOS-u arxada qoyur.

    10.Proqramları birlikdə bağlamaq

    Ən son istifadə etdiyiniz, arxa planda çalışan tətbiqləri iOS-da tək-tək bağlamağa məcbur olduğunuz halda Android-də hamısını bağla seçimi ilə işi həll edə bilərsiniz. Başqa sözə ehtiyac duymadan deyə biləcəyimiz yenə də Android.

    11. Paylaşma

    Şəkil, musiqi və s. məlumatlarınızı başqa tətbiqlərdə paylaşımınızı iOS sadəcə bəzi tətbiqlərə icazə verərkən, Android bir çoxunda buna əngəl tanımır. Nə deyək daha YAŞASIN ANDROİD.
    Amma təbii ki, seçim yenə sizindir. iOS olmasa Android-in heç bir xüsusiliyi bilinməz.
    Linki kopyala