main-post-cover

    iOS 9.3 Beta 5 yayımlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple, yeni əməliyyat sistemi olan iOS 9.3 versiyasının sonuncu test mərhələsini developerlər üçün yayımlayıb.

    Apple, iOS 9.3 əməliyyat sisteminin beşinci beta versiyasını developerlər üçün  yayımlayıb. Beşinci beta versiyası böyük ehtimalla sonuncu test mərhələsi olacaq. Apple'ın, mart ayında təşkil edəcəyi tədbirdən sonra iOS 9.3 əməliyyat sistemini rəsmi olaraq yayımlayacağı gözlənilir.
     
    iOS 9.3 Beta 5 yayımlandı


    Beşinci beta versiyasında bəzi təhlükəsizlik boşluqlarının bağlanması ilə yanaşı, iOS 9.3'də ən önəmli yeniliyin "Night Shift” rejimi olduğunu bir daha xatırladaq. Yerli vaxt nəzərə alınaraq iPhone ve iPad’lərdə rəng işığını (mavi rəngi) avtomatik idarə edə bilən "Night Shift", qaranlıq və az işıqlı yerlərdə istifadəçilərə daha rahat oxumağa imkan verəcək. Notlar tətbiqinə şifrə qoymaq, birdən çox Apple Watch dəstəyi ve iPad Pro üçün daha yaxşı qələm istifadəsi yeni versiyada olan yeniliklər arasındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər