main-post-cover

    IOS 9.1 yenilənməsi yayımlandı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple'ın problemlərlə gələn iOS 9'u yeni bir yenilənmə daha aldı. Bu yenilənmə ilə birlikdə problemləri ən aza endirmək və son yenilikləri iOS 9.1 versiyası ilə iPhone, iPad və iPod Touch'lara gətirmək istəyən Apple'ın bu yenilənmə ilə əlavə etdikləri özəlliklər isə bunlardır:
    1. Live Photo indi iPhone'unuzu qaldırdığınızı və ya endirdiyinizi ağıllı şəkildə sezər, beləcə Live Photo bu hərəkətləri avtomatik olaraq qeyd etməz.
    2. Unicode 7.0 8.0 emojilərini tam olaraq dəstəkləyən 150'dən çox yeni emoji əlavə olunub.
    3. CarPlay, Musiqi, Fotolar, Safari Axtarış daxil olmaq üzrə doğruluğu daha da inkişaf etdirilib.
    4. Multi tasking istifadəçi interfeysində artıq daha yaxşı performans olacaq.
    5. Təqvim proqramının Ay görüntüsündə yaranmış problem həll olundu.
    6. Bəzi istifadəçilərin Game Center'ı başlatmasına mane olan problem düzəldildi.
    7. Bəzi proqramların mətnini böyüdən problemlər düzəldildi.
    8. POP Poçtu hesabları üçün yanlış oxunmamış 1 mail sayına səbəb olan problem düzəldildi.
    9. İstifadəçilərin yeni email və mesajlardan son istifadə olunan konkatkları silmələrinə mane olan problem düzəldildi.
    10. Bəzi mesajların Mail axtarma nəticələrində görünməməsinə səbəb olan problem aradan qaldırıldı.
    11. Səsli Mesajlarda boz xətt buraxan problem həll olundu.
    12. Bəzi operatorlarda aktivləşdirmə xətalarına səbəb olan problemlər həll olundu.
    13. Bəzi proqramların App Store'dan yenilənməsinə mane olan problem aradan qaldırıldı.
    Bu yenilənməni an etibarilə Settings(Ayarlar) hissəsindəki Software update(Yazılım Güncelleme) bölümündən və ya iTunes üzərindən əldə edə bilərsiniz.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər