main-post-cover

    iOS 9-un bütün yenilikləri.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İntellektual funksiyalar
    ·Sizə lazım olan məlumatı əvvəlcədən sizə bildirmək.Məsələn bir şey yazmaq istədikdə cümlənin avtomatik tamamlanması. Yollarda tıxacların sayına görə təyin olunmuş iclas üçün evdən nə zaman çıxmaq xəbərdarlığı. Günün müxtəlif zamanlarında hansı musiqiləri dinlədiyinizi yadda saxlayıb gələcəkdə sizə eyni anda eyni musiqiləri təqdim etmək.
    ·Daha ağıllı SİRİ. Şəkillərini tarix, məkan, albom adları vasitəsilə axtarın. Siridən xahiş edin proqramlarda nə axtardığınızı yadınıza salsın.
    ·Mükəmməlləşdirilmiş Spotlight axtarışı. İdman yarışının hesabını, hava məlumatını öyrənin. Sadə riyazı məsələləri həll edin. Axtarışdan tapdığınız istədiyiniz şəxsə zəng edin və mesaj göndərin.
    iPad üçün yeni funksiyalar
    ·Slide Over. Birinci proqramı tərk etmədən digərinə keçin. Artıq asanlıqla Slide Over vasitəsilə proqramlar arasında "gəzə” bilərsiz
    ·Split View. İki müxtəlif proqramda eyni zamanda işləyin. Proqramların ekran ölçülərini istəyinizə görə dəyişin.
    ·Şəkil içində şəkil. Başqa işlərlə məşğul olduğunuz halda video-nu izləməyə davam edin.
    Standart proqramlar
    ·Maps. Seçilmiş şəhərlərdə və ölkələrdə ictimai nəqliyyat xəritəsi, martşrutlar və s. dəstəyi. Apple Pay dəstəkləyən maqazinləri xəritədə artıq asanlıqla tapa bilərsiz.
    ·Notes. Qeydlərinizə asanlıqla şəkil əlavə edin. Siyahılar hazırlayıb etdiyiniz işləri qeyd edin. Digər proqramlardan maraqlı məlumatları 1 hərəkətlə qeydlərinizdə saxlayın
    ·News. Sevimli jurnal, qəzet və bloqlarınızın hamısı indi bir yerdə cəmlənəcək. Mükəmməl dizayn, funksionallıq, animasiya və s. Apple-ın yeni proqramı vasitəsilə siz oxumağı yenidən sevəcəksiniz.
    ·iCloud Driver. Yeni iCloud Driver proqramında asanlıqla axtardığınız faylları tarix, ad yaxud taglar vasitəsilə tapacaqsınız.
    Ümumi yeniliklər
    ·Azaldılmış enerji sərfiyyatı.
    ·Sistem yenilənmələri artıq daha az yer tutur.
    ·Artıq standart proqramlar Metal APİ-lərindən istifadə edirki buda onların daha sürətli işləməsinə icazə verir
    ·Telefonunuz 6 simvollu şifrə ilə daha güvənli olacaq
    ·Yeni sistem şrifti San-Francisco
    ·Facetime-da cavab verməyən istifadəçiyə zəngli mesaj saxlamaq özəlliyi
    ·Yenilənmiş PodCast proqramı
    ·Wifi Assist funksiyası. Wifi şəbəkəsinin zəif olduğu yedə avtomatik mobil data ilə internetə bağlanmaq
    ·Move to iOS. Androiddən iOS
    Yeni dillərin dəstəyi
    ·Yeni PingFang Chinese sistem şrifti
    ·Çin dili üçün təkmilləşmiş QuickType
    ·Avstriya, Belçika və Norveç üçün Siri doğma dillərdə
    ·Meksida Spotlight axtarış sistemi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər