main-post-cover

    "iOS 10.3 Beta 7" yayımlandı. Hansı modellər üçün hansı yeniliklər var?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple şirkəti dünəndən etibarən cihazları üçün "iOS 10.3 Beta 7"ni yayımlamağa başlayıb. Bu yenilənmənin bu qədər tez yayımlanması tezliklə "iOS 10.3"ün final versiyasının təqdim olunmasına işarədir.

    Bir neçə gün öncə "iOS 10.3 Beta 6" yenilənməsini təqdim edən Apple, bu dəfə "iOS 10.3 Beta 7" yenilənməsi ilə qarşımızdadır. Təqdim olunan yenilənmədə bir neçə xəta aradan qaldırılıb. Verilən məlumatlara görə, "APF S" sayəsində iPhone 5, iPhone 5s və iPhone 6 modellərində gözlə görülür bir şəkildə sürətlənmə təmin edilib. Böyük ehtimalla "iOS 10.3"ün final versiyası ilə bu sürətlənmə daha da artacaq. 


    Yenilənmə ilə "Application Compatibility" stabil hala gətirilib və sistemin performansında artım müşahidə olunur. Telefonunuzdan sazlamalar-ümumi-haqqında-tətbiqlər bölməsindən "Application Compatibility" yəni "Tətbiq Uyğunluğu" bölməsinə daxil olub, cihazınızda yüklü olan lakin 64 bit dəstəyi olmayan və yenilənmiş "iOS" versiyası ilə uyuşmayan tətbiqlərlə tanış ola bilərsiniz.

    Əlavə olaraq qeyd edək ki, "iOS 10.3" yenilənməsi ilə "iPhone"mu tap tətbiqinə "AirPods" tapma xüsusiyyəti də əlavə olunub. UDID (unique device identifier) qeydiyyatınız varsa, yayımlanmışş yenilənməni Sazlamalar-Ümumi-Yenilənmələr bölməsindən yükləyə bilərsiniz. "UDID" iOS cihazları üçün xüsusi koddur. Bu kod vasitəsilə developerlər, "Apple Developer Center"dən qeydiyyatdan keçərək, gələn ilk yenilənmələri test edirlər.

    Son olaraq "iOS 10.3 Beta 7" yenilənməsini aşağıdakı modellər alır:

    "iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus, iPad Air, iPad Air 2, iPad 4. nəsil, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro, 9.7 inç iPad Pro ve iPod touch 6"

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər