iOS 10.2 Beta 4 yenilənməsi təqdim edildi!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iOS 10.2 Beta 3-dən sonra təqdim edilən yeni developer yenilənməsi ilə bir çox sistem səhvləri ortadan qaldırılıb. Yavaş-yavaş iOS 10.2-nin son versiyasını təqdim etmək üçün hazırlaşan "Apple”, iOS 10.2 Beta 4 yenilənməsini təqdim etdi.
Sadəcə
developerlər üçün təqdim edilən bu yenilənmədə istifadəçilərin qarşılaşdığı bir
çox səhvlər həll edilərək, sistem baxımından vacib yeniliklər edilib. iOS 10.2
Beta 4 ilə yeni emosiyalar da gələn yeniliklərin içərisində yer alır. Əlavə
olaraq mesajlaşarkən istifadə edə biləcəyiniz yeni mesaj effektlərinə də sahib
ola biləcəksiniz.
iPhone
7 və iPhone 7 Plus istifadəçilərinin istifadə edə biləcəyi üç yeni ekran şəkili
də gələn yeniliklərin arasına yerini alır. Son olaraq da yenilənmə ilə birlikdə
kamerada istifadə edə biləcəyiniz yeni xüsusiyyətlərdə Beta 4 yenilənməsi ilə gəlir.
Əgər "Apple
developer” hesabına sahib iOS 10.2 Beta 4 yenilənməsini iTunes üzərindən yükləyə
bilərsiniz. Apple developer hesabına sahib deyilsinizsə buradan qeyd olaraq bir
developer ola bilərsiniz.
iOS
10.2 Beta 4 yenilənməsini iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone SE,iPhone 6, iPhone 6 Plus,
iPhone 6s, iPhone 6s Plus, iPad Air, iPad Air 2, iPad 1, iPad 2, iPad 3 , iPad
4, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro, 9.7 inç iPad Pro, iPod
touch 5 və iPod touch 6 modelləri alacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ