main-post-cover

    iOS 10.1 Beta 3 təqdim olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple”, iOS əsaslı cihazlarını sınaqdan keçirmək üçün iOS 10.1 Developer Beta 3 versiyasını istifadəyə verdi

    Apple, bu dəfə daha bir yeniliyini istifadəçilərə təqdim edib. Bu yenilik iOS 10.1 Beta 3-dür. Keçən həftə iOS 10.1 Beta 2 versiyasını təqdim edən şirkət bu dəfə də iOS 10.1 Beta 3 ilə qarşımıza çıxıb.

    iOS 10.1 Beta 3 xüsusiyyətləri

    Sadəcə qeydiyyatlı developerlərin istifadəsinə verilən iOS 10.1 Beta 3 sahə dərinliyi xüsusiyyətini iPhone 7 Plus istifadəçiləri üçün gətirir. Bundan əlavə xəta düzənləmələri və performans düzənləmələri bu versiyada da mövcuddur. iOS 10.1 Beta 3 versiyası noyabr ayında bütün istifadəçilərə təqdim olunacaq.
    iOS 10.1 Beta 3

    iOS 10.1 Beta 3 necə qurulur?

    Əvvəlcə iOS 10.1 Beta versiyasına sahib olduğunuza əmin olun. Minimun 50% şarjlı vəziyyətdə olan cihazınızla Wi-Fi şəbəkəsinə qoşulmağınız və Tənzimləmələr>Ümumi>Proqram yeniləmə menyusu üzərindən qarşınıza çıxacaq üçüncü Betanı iOS cihazınıza endirə bilərsiniz. Həmçinin endirdikdən sonra faylı cihazınızda istifadə edə bilərsiniz. Bu versiyanı almadan əvvəl bir backup etməyiniz ola biləcək risklərin qarşısını almağa kömək edə bilər.
    Yenilənməni istifadə edə biləcək cihazlar sırasında iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro, 9.7 inç iPad Pro, iPad Air, iPad Air 2, iPad 1, iPad 2, iPad 3 , iPad 4, iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus, iPod touch 5, iPod touch 6 kimi cihazlar var.
    Linki kopyala