main-post-cover

    iOS 10-un çıxış tarixi və dəstəkləyəcəyi modellər məlum oldu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünən baş tutan Apple konfransında Apple bir sıra yeniliklərlə yanaşı iOS 10-u da təqdim etdi.

     
    iOS 10-da olan yeniliklərlə yanaşı dünən ki, tədbirdə iOS 10 sistemini dəstəkləyəcək modellər və iOS 10-un çıxış tarixi məlum olub. iOS 10-da olan yeniliklərlə bu xəbərimizdən tanış ola bilərsiniz.

    Hansı cihazlar iOS 10-nu dəstəkləyəcək?

    Dünən baş tutan konfransda Apple bu yeni əməliyyat sistemini dəstəkləyəcək modellərin də adını açıqladı. Modellər aşağıdakılardır:
    iPhone 5 və sonrakı modellər.
    iPad mini 2 və sonrakı modellər.
    iPad 4 və sonrakı nəsil modellər.
    iPod Touch 6-cı nəsil.


    iOS 10-u nə zaman yükləyə bilərik?

    Dünən etibarilə developerlər üçün yükləməyə açıq olan iOS 10, sentyabr ayında təşkil olunacaq yeni iPhone təqdimatında istifadəçilər üçün də təqdim olunacaq.
    Əgər hər kəsdən əvvəl iOS 10-nu test etmək istəyirsinizsə bu linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz.

    iOS 10-a salam deyin!

     




    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər