"Intel" şirkəti də süni zəka sahəsinə qatılır
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Böyük IT şirkətlər süni zəka sahəsində çalışan startapları almaq da davam edirlər. Bu siyahıya özünü, prosessorların aparıcı istehsalçısı olan "Intel” şirkəti "Nervana Systems” startapını almaqla daxil edib.
"Nervana Systems” 48 işçisi olan süni zəka sahəsində tətbiq
və digər xidmətlər göstərən bir şirkətdir. Müqavilənin dəyəri və təfərrüatları
açıqlanmır. Technote.az-ın "Wsj.com” saytına istinadən verdiyi xəbərə əsasən
sözügedən startapın alınması "Intel” üçün NVIDIA ilə rəqabət aparmağa imkan
yaradacaq. NVIDIA özü son vaxtlarda süni zəka sahəsi ilə maraqlanır.
Hal-hazırda "Nervana Systems”-in tətbiqi qrafik kartların hesablanması üçün
istifadə olunur. Lakin gələn il startap süni zəka ilə bağlı məsələləri yüksək
sürətlə həll edəcək çipləri istehsal etməyi planlaşdırır. Beləliklə "Intel” süni zəka sahəsindəki texnologiyalar ilə özünü təmin edən hələki sonuncu şirkət olub. "CB
Insights” analitika şirkətinin hesablamalarına əsasən 2011-ci ildən böyük IT
şirkətlər (Google, Yahoo, Twitter, IBM və s.) ümumilikdə süni zəka sahəsində
çalışan 31 startap əldə ediblər. Bu sahədə lider şirkət "Google” hesab olunur.
Belə ki, "Google” minimum
olaraq 9 şirkəti əldə edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)