main-post-cover

    İntel Core i7 6700K ilə imkansız bir rekord qırıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Intel’in xəyalları bəzəyən prosessoru Core i7-6700K ilə 7025.66 MHz’lik bir sürət aşırtma (overclock) rekordu əldə edildi.
     
    14 nm’lik arxitekturasına, 4 GHz (Turbo Boosting ilə 4.2 Ghz) sürətindəki 4 nüvəyə və 91W güc sərfiyyatına sahib olan prosessor ilə rekord qıran isə Hong Kong’lu Chi-Kui Lam'dır. PC Gamer’ın xəbərinə görə Lam, sadəcə tək bir nüvəsi 4.032V dəyəri və maye nitrogenlə bu səviyyəyə çatdırmağı bacardı. Bu uğurda istifadə olunan digər detallar isə bunlardır: ASRock Z170M OC Formula anakart, G.SKILL Ripjaws 4 DDR4 RAM, Plextor 256 GB SSD, NVIDIA GeForce GT630 grafika kartı, Antec 1300W güc mənbəsikən əməliyyat sistemi olaraq Windows XP istifadə olundu. Digər tərəfdən 7025.66 MHz’lik bu rekord hələ də AMD FX-8370 ilə əldə edilən 8.723 GHz’in gerisində qalır.


    Linki kopyala