main-post-cover

    Instagram\'dan qəribə qadağa

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan Instagram, bu dəfə qəribə qadağa ilə gündəmə gəlib.

    Dünya üzrə 400 milyon aktiv istifadəçisi olan Instagram, heç bir səbəb olmadan insanların Snapchat və Telegram bağlantılarını profillərinə qoymasını qadağan etdi. Bu cəhətdən bir çox insan tərəfindən tənqidə məruz qalan Instagram, əsas istifadə məqsədlərinin bu yöndə olmadığını deyərək qadağanı əsaslandırmağa çalışdı. 2010-cu ildən bu yana bu mövzu barədə elastik davranan servis, bildiyiniz kimi Facebook’un himayəsi altındadır və Facebook sahib olduğu WhatsApp içərisində də Telegram bağlantılarının paylaşılmasına icazə vermir.

    Prosesin necə davam edəcəyini tam deyı bilməsək də, bu qəribə qadağa nəticəsində digər şəbəkələri istifadə edən insanların onlardan imtina etməsini düşünmək biraz qəribə olar.
    Linki kopyala