main-post-cover

    Instagram Stories-ə yeni funksiyalar əlavə olunub

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Məşhur Instagram foto servisinin developerləri "Snapchat”dan "Stories” funksiyasını tətbiqlərinə əlavə etməklə kifayətlənməyib, "kopyalamaq” işinə davam ediblər.


    İndidən Instagram-ın Android və iOS versiyalarında Instagram Stories üçün kameranın idarəedilməsinə xüsusi funksiyalar əlavə olunub. İstifadəçi barmağı ilə kamera rejimində ekrana toxunduğu zaman zoom funksiyasından istifadə edə bilər. "Technote.az”ın "Ferra.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu funksiya hətda bir əldən istifadə edərək video çəkim zamanı da aktivdir. Bundan əlavə olaraq kamera rejimində ekrana iki dəfə klikləyərək kameralar arasında keçid etmək mümkündür.
    Linki kopyala