main-post-cover

    Instagram həvəskarlarını sevindirəcək yeni funksiya

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Smartfon istifadəçilərinin ən çox istifadə etdikləri sosial media tətbiqlərindən olan iki platforma Instagram və Snapchat, artıq hardasa bir-biri ilə eynidirlər desək hərhalda yanılmış olmarıq. Facebook tərkibində olan Instagram-a yeni əlavə edilən "Stories (Hekayələr)” funksiyası, Snapchat-da olanın hardasa eynisidir.

    Messenger WhatsApp tətbiqləri üzərində tez-tez yeniliklər edən Facebook, Instagramda isə bu dəfə olduqca fərqli bir yeniliyə imza atdı. Bəs Instagramdakı bu yeni funksiya nədir, necə istifadə edilir? Ən başda vurğulayaq ki, yeni funksiyanın adı elə Snapchat-dakı ilə eynidir; ”İnstagram Hekayələri”. Bu yeni funksiya ilə Instagramda etdiyiniz paylaşımlar 24 saat sonra avtomatik olaraq silinə biləcək.
    Standart Instagram ana səhifəsinə bir dəyişiklik gətirməyəcək olan funksiya, ana səhifədən fərqli bir sahədə qarşımıza çıxacaq. Bir digər yenilik isə, Snapchatda ən çox istifadə olunan funksiya , şəkillər üzərində yazılar, emosiyalar və s. əlavə etmə kimi xüsusiyyətlər də Instagram paylaşımlarınız üçün keçərli olacaqdır. Yəni uzun sözün qısası Instagram funksiyanı birbaşa olaraq "copy-paste” edib deyə bilərik.
    Hətta o qədər irəli gediblər ki, bir şəxsin hekayəsini izlədikdən sonra sola tərəf sürüşdürdüyünüzdə sonraki şəxsin hekayəsinə birbaşa keçid mümkündür. Hekayələrin sıralanma məntiqi isə paylaşıldıqları zamana görə deyil, istifadəçilər ilə aranızda olan qarşılıqlı əlaqəyə görə hazırlanıb. Yəni şəkillərini sıxlıqla bəyəndiyiniz, şərh etdiyiniz şəxslərin hekayələri ilk olaraq görünəcək.
    Bu arada hekayəsinə baxdığınız şəxslər, eynilə Instagram-ın video funksiyasında da olduğu kimi sizi və hekayəyə baxan digər şəxsləri görəbiləcək.
    Ümumiləşdirəcək olsaq deyə bilərik ki; Snapchat-dan çox istifadə edən şəxslər, biraz da Instagram-da vaxt keçirim dediklərində artıq çox bir fərq hiss etməyəcəklər.
     

    Linki kopyala