main-post-cover

    Instagram-dan daha bir Gözlənilməz yenilik!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    "Facebook” tərəfindən satın alındıqdan sonra həm reklam, həm dizayn, həm də yeni funksiyalar baxımından radikal dəyişikliklər edən Instagram, bu dəfə istifadəçilərinin çox da alışıq olmadığı yeni funksiyanı təqdim etdi.
    Instagram-ın rəsmi hesabında paylaşılan video ilə birlikdə həm Android həm də iOS əməliyyat sistemindəki Instagram istifadəçilərinin şəkilləri və videoları yaxınlaşdıra (zoom) biləcəyi açıqlandı.
    Açığı, şəkillərdə və videolarda istifadəçilərin heç bir formada yaxınlaşdırma edə bilməməsi bəzi istifadəçiləri narahat etsə də, Instagramı digər sosial şəbəkələrdən ayıran fərqlərindən biri də bu idi. Əvvəllər Instagram şəkillərinin keyfiyyəti zəif olduğu üçün onları yaxınlaşdırmaq mənasız sayıla bilərdi. Ancaq hazırkı Instagram paylaşımlarının standartları, zoom funksiyasını işə yarayacaq hala gətirib.
    Snapchat və digər rəqib sosial şəbəkələri əzərək sosial şəbəkə bazarında Monopoliya yaratmaq istəyən "Facebook”, belə görünür ki, irəlidəki günlərdə InstagramWhatsApp-da sürətini azaltmadan yeniliklərinə davam edəcək. Bu iş hara qədər davam edəcək bilmirik, amma "Facebook”un hədəfi bütün internet istifadəçilərini "Facebook" ekosisteminin bir hissəsi halına gətirməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər