main-post-cover

    İnsan beyni ilə işləyən çip hazırlanır!

    07.05.2017
    Farid Pardashunas
    Çinlilər texnologiya ilə bərabər artıq elm sahəsində də uğurlu addımlar atırlar. Hangcou elm və texnologiya universiteti və Cıciang Universiteti professorları "Darwin" adı verilən bir çip yaradıblar. Qara rəngli çipin böyüklüyü qəpik boydadır və 4 milyondan çox sinaps nöqtəsi və 2048 neyronla təchiz olunub. Hangcou Elm və Texnologiya Universitetindən Professor Ma Dı verdiyi açıqlamada "Darwin, neyronların sinaps bağlantı nöqtələrini istifadə etdiyi beyindəki sinir torunu təqlid edərək ağıllı kompyuter funksiyalarını yerinə yetirir" dedi.
    1451051635_cip.jpg

    Çipin yaradılmasının başlanğıc mərhələsində olduqlarını vurğulayan Dr. Ma Dı, Darwin'in robotik proyektlərdə, ağıllı təchizat sistemlərində və beyin-kompyuter interfeyslərində istifadə olunmasını qarşılarına məqsəd qoyduqlarını bildirib. Cıciang Universitetindən Şın Jünçıng isə yeni çiplə işləyən kompyuterin daha az elektrik sərf edəcəyini və Darwin'in bilinən digər kompyuter çiplərinin həll edə bilmədiyi ən çətin proseslərin öhdəsindən gəldiyini deyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər