İmtahana hazırlaşmadı, təxirə salmaq üçün Prezidentin saytını hack etdi!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Tez-tez rastlaşdığımız hacking xəbərlərinə
yeni biri daha əlavə olundu. Belə ki, 17 yaşlı yeniyetmə imtahanların təxirə
salınması üçün prezidentin web saytını hack edib.
Dünyanın fərqli yerlərində müxtəlif məqsədli
kiber hücumlar təşkil olunur. Bunlardan ən maraqlısı da bir müddət əvvəl
Şri-Lankada yaşanıb. 17 yaşlı yeniyetmə yaxınlaşan imtahanın ertələnməsi üçün
dövlət başçısı Maithripala Sirisena-nın rəsmi saytını ələ keçirib. "Technote.az"ın "The Guardian"a istinadən verdiyi məlumatına görə, gənc hacker prezidentin səhifəsini ələ keçirməklə
qalmayıb, "A level” imtahanların ertələnməsi tələbini səhifədə yerləşdirib. Bir
həftə bağlı qalan sayt, bazar ertəsi yenidən bərpa olundu. Kiber hücumu
araşdıran polislər hücumun Kadugannawa adlı ərazidə yerləşən evdən gerçəkləşdiyini
ortaya çıxarıblar. Ölkədə geçərli olan kiber hücumlara qarşı cəza tədbirlərinə
görə, gənc hacker 2000$ təzminat ödəməli ya da 3 il həbs cəzası çəkməlidir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!