main-post-cover

    Huawei Mate 8 iki yeni modelini tanıdacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Huawei’in 26 noyabrda rəsmən açıqlayacağı flaqman ağıllı telefonu Mate 8’in ekran ölçüsü və keyfiyyəti hələ də dəqiq məlum deyil. İndiyə qədər gələn iddialara görə Mate 8’in 6 inçlik modelində Full HD, 6.2 inçlik modelində isə Quad HD keyfiyyətli ekranın istifadə olunacağı deyilir.
    1448257094_14478248531.jpg

    Huawei Mate 8 texniki göstəriciləri:
    Huawei Mate 8’in 6 inç Full HD modelində səkkiz nüvəli Kirin 950 prosessorundan güc alacaq telefonda 3GB RAM, 32GB daxili yaddaş, mikroSD kart dəstəyi, 16MP arxa kamera, 8MP ön kamera, 3D Touch ekran texnologiyası və barmaq izi skaneri olacaq. 6 inçlik Mate 8’in çərçivəsi metaldan olacaq və ölçüləri 157.4 x 80.7 x 8.4 mm şəklində olacaq.
    Mate 8’in 6 inçlik modeli ilk gələn məlumatlara görə Avropada 480€ qiymətində olacaq.
    1448257115_14478248622.jpg

    2.2GHz tezlikdə işləyən səkkiz nüvəli Kiri 950 prosessorundan güc alan Mate 8’in premium modelində Quad HD ekran istifadə olunacaq. Kamera göstəricilərinin eyni olacağı modeldə RAM 4GB’a, daxili yaddaş isə 128GB səviyyəsinə qədər yüksəldiləcək. Mate 8’in Premium modeli isə Avropada 570€’dan satışa çıxarılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər