main-post-cover

    Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır.

    Məlumata əsasən şirkət, yeni smatfonu standart 3.5 mm-lik audiogirişdən məhrum etmək istəyir. İndi isə internetdə hələ anonsu olmamış cihazın ilk render fotoları sızdırılıb. Smartfonun aşağı paneli, sözügedən şaiyələri təsdiq edir. Əgər bu məlumat düz olsa, onda Honor 9 istifadəçiləri USB Type-C girişi üçün xüsusi naqilli və ya Bluetooth qulaqlıqlardan istifadə etməli olacaqlar.
    İkinci foto, smartfonun ikili arxa kameraya sahib olacağını göstərir. Yeni smartfon, bu brenddə gördüyümüz əvvəlki dizayn özəlliklərini özündə daşıyacaq. Daha bir özəllik isə barmaq izi skanının arxa paneldən ön paneldəki fiziki "Home” düyməsinə inteqrasiyası ola bilər. Qeyd etmək lazımdır ki, sızdırılmış render fotoların düzgünlüyü təsdiq edilməyib. Buna görədə onlara tam şəkildə inanmaq lazım deyil.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər