main-post-cover

    "HTC"nin yeni flaqman HTC U 11-in etxniki göstəriciləri məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Adətən "HTC” şirkəti öz flaqman smartfonlarını ilin birinci yarısında təqdim edir. Lakin bu dəfə təqdimat biraz gec olacaq.


    Görünür bunun səbəbi Snapdragon 835 prosessorlarının çatışmamazlığıdır. Böyük ehtimal ilə "Samsung” şirkəti sözügedən bütün prosessorları əldə edib. Nəticədə "HTC” və "Xiaomi” kimi şirkətlər öz flaqman smartfonlarının təqdimat tarixlərini daha gec reallaşdırmalı olurlar. HTC U 11 adlı smartfon rəsmi olaraq 16 May tarixində təqdim olunacaq. Lakin indidən bu smartfonun texniki göstəriciləri məlumdur. Deməli HTC U 11, 5.5 inç Super LCD QHD ekran (Corning Gorilla Glass 5 qoruyucu şüşəli), 8 nüvəli Snapdragon 835 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma özəlliyi ilə birlikdə), 12 MP-lik UltraPixel 3 əsas kamera və 12 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon, sensorlu çərçivəyə sahib olacaq. Həmin sensorlu çərçivədən istifadə edərək siz smartfonun ikinci dərəcəli funksiyalarını idarə edə biləcəksiniz. Bundan əlavə olaraq HTC U 11-in fiziki "Home” düyməsi barmaq izi skanına, korpusu isə IP57 standartlı sudan və tozdan qorunma özəlliyinə sahib  olacaq.
    Linki kopyala